• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib

11-05-2022, 11:24 | Baxılıb: 26
“Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib


Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə Komitə əməkdaşları Fəxri Xiyabanda ümummilli liderin məzarı ziyarət edərək, ehtiramlarını bildiriblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli lider haqqında filmin nümayişindən sonra Komitə sədri Fuad Muradov çıxış edərək, dahi şəxsiyyətin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, Azərbaycan diasporunun formalaşmasındakı müstəsna xidmətlərindən danışıb. Ulu öndərin xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyasını irəli sürdüyü, dünya azərbaycanlılarının həmrəyliyi ideyasının əsasını qoyduğu, Azərbaycan diasporunun formalaşması və təşkilatlanmasını, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini daim diqqətdə saxladığı nəzərə çatdırılıb. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi möhtəşəm tarixin Azərbaycanın milli bayramları sırasında yer alması ümummilli liderin böyük siyasi kursunun məntiqi nəticəsi kimi qiymətləndirilib.

Tədbirdə ABŞ, Meksika, Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Niderland, Litva, Rusiya, Türkiyə və Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər. Çıxış edən diaspor nümayəndələri qeyd ediblər ki, ümummilli liderin dünya azərbaycanlılarını birləşdirmək ideyası bu gün də böyük uğurla davam etdirilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi dünya azərbaycanlılarının daha sıx və mütəşəkkil şəkildə bir araya gəlməsinə, misli görünməmiş birlik və həmrəylik nümayiş etdirməsinə gətirib çıxarıb. Bu yaxınlarda Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayının bunu bir daha təsdiqlədiyi vurğulanıb.
скачать dle 10.6фильмы бесплатно


26

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır
ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək
Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub
Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib
"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək

Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub

Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib

"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib - Prezident İlham Əliyev

Üçtərəfli görüşün yekununa dair bəyanat

İsmayıllı və Qəbələ rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan önəmli rol oynayır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.