VƏTƏN MÜHARİBƏSİNDƏ ŞƏHİD KAMRAN MAZANOVUN DA QİSASI ALINIB.
Birinci Qarabağ savaşı başlayan zaman yenicə müstəqilliyini elan edən Azərbaycan müharibəyə hazır deyildi. Odur ki, nizamlı ordu da, yarada bilməmişdir. Vətənin darda olduğunu görən xalqımızın igid oğlanları silaha sarılaraq, vətənin müdafiəsinə qalxdılar. Bəzən silah belə olmadığına görə igid ərənlərimiz, əliyalında olsa vətənin müdafiəsinə qalxdılar. Kamran Mazanov da, ürəyi vətən eşqi ilə döyünən qəhrəmanlarımızdandır. Şəhid qəhrəmanımızı oxucularımızla yaxından tanış etmək məqsədi ilə onun haqqında bildiyimiz məlumatları olduğu kimi qeyd edirik: Şəhid Mazanov Kamran Həsən oğlu 24 yanvar 1974-cü ildə Zaqatala rayonu Qımır kəndində anadan olmuşdur. 1992-ci ilin iyul ayında çağırışla həqiqi hərbi xidmətə gedib.
1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndində baş verən döyüşlər zamanı itgin düşüb.
Şəhidimiz Kamran haqqında daha geniş məlumat toplamaq üçün Zaqatala rayonu Qımır kəndinə yollandıq. Kamranın qardaşı Soltanla şəhidimiz haqqında həmsöhbət olduq: Biz ailədə altı qardaş, iki bacı olmuşuq. Kamran ailəmizin ən kiçiyi, sonbeşiyimiz idi. Qardaşım uşaqlıqdan hec nədən çəkinməz, ağır işdən də, qorxmazdı. O, əsil kənd adamıydı, at çapmağı sevirdi. Bununla yanaşı futbola da, böyük marağı olub. Orta məktəbi çox yaxşı oxuyub.
Çox cəsur, qorxmaz olmağı ona dava etməkdə də,kömək olurdu.
Qardaşım haqqında isə bildiklərimi sizə də, deyə bilərəm. Mazanov Kamran Həsən oğlu 24 yanvar 1974-cü ildə Zaqatala rayon Qımır kəndində anadan olmuşdur.
1990-cı ildə Qımır kənd orta məktəbini bitirib. 1992-ci ilin iyul ayında çağırışla həqiqi hərbi xidmətə gedib. Əvvəlcə Bakı şəhəri Mərdəkan qəsəbəsində Daxili Qoşunlarda xidmət edib, daha sonra oradan da, Qarabağa, Ağdərə rayonuna gedib. 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndində gedən ağır döyüşlərdə itgin düşüb.
Həmin döyüşlərlə bağlı aldığımız məlumatlara görə bir gündə 27 nəfər, həm də, bir yerdə itgin düşüblər. Noyabrın 16-da bizə itgin düşdüyü haqqında məlumat verdilər. Böyük qardaşım Ramazanla birlikdə Kamranın axtarışına çıxdıq, ancaq qardaşımı tapa bilmədik. 1996-cı ildə isə şəhid statusu verilib.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” başlanan kimi Kamran Mazanovun da, qisası alındı. Belə ki, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi zamanı Müzəffər Azərbaycan əsgəri cəmi 44 gün ərzində erməni cəlladlarını döyüş meydanında diz çökdürdü.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar birliyinin Üzvü.