• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Leyla Abdullayeva: N.Paşinyanın əsassız iddiaları Ermənistanın sülh istəyini ciddi sual altına alır

12-05-2022, 20:00 | Baxılıb: 25
“Leyla Abdullayeva: N.Paşinyanın əsassız iddiaları Ermənistanın sülh istəyini ciddi sual altına alır

Ermənistanın baş nazirinin Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar, Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir.

Diaspor info-xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın Niderlandın Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

“Birinci növbədə, xatırladırıq ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib bu ərazilərdəki mina problemini, o cümlədən həm 30 ilə yaxın davam edən işğal müddətində sistematik şəkildə, həm də üçtərəfli Bəyanat imzalandıqdan sonra əraziləri tərk edərkən Ermənistan tərəfinin məqsədyönlü şəkildə minaları basdırdığını, minaların bölgədə insan həyatına ciddi təhdid doğurduğunu və beləliklə də mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün Ermənistana təzyiq edilməsi məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdırdığı zaman, əvvəlcə Ermənistan tərəfi, ümumiyyətlə, mina xəritələrinin mövcudluğunu inkar edirdi. Daha sonra isə beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi ilə üzləşən Ermənistan mina xəritələrini hissə-hissə Azərbaycana təqdim etdi və verilən xəritələrin dəqiqliyi isə 25 faiz təşkil edib. Ümumiyyətlə, Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi qələmə vermək yanlışdır, çünki bu, üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliyi idi”, - deyə XİN sözçüsü bildirib.

Leyla Abdullayeva qeyd edib ki, üçtərəfli Bəyanat imzalandıqdan bu günədək əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfər mina qurbanı olub. Əfsuslar olsun ki, vətəndaşlarımız mütəmadi olaraq, o cümlədən Ermənistan tərəfinin xəritələri təqdim etməsindən, habelə iki dövlət liderinin Brüssel görüşündən sonra da mina qurbanına çevrilirlər. Bu ilin yalnız aprel ayında baş vermiş 9 hadisə nəticəsində 10 nəfər minalardan xəsarət alıb.

“Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə darmadağın edilən əraziləri hazırda Azərbaycan yenidən qurur, bərpa edir. Onilliklər ərzində torpaqlarından didərgin düşən insanların evlərinə geri qayıtmasını təmin etmək üçün gecə-gündüz iş görülür. Lakin bu ərazilərdəki genişmiqyaslı mina problemi köçkünlərin öz evlərinə tez qayıtmasına ciddi təhdid doğurur. Bunun yeganə səbəbkarı isə Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçı siyasət və dağıdıcı, pozucu fəaliyyətdir.

Belə olduğu halda, Ermənistanın baş nazirinin Azərbaycanı humanitar addımlar atmamaqda, saxlanılan erməni əsilli şəxsləri qaytarmamaqda ittiham etməsi yersiz və əsassızdır. Ermənistan rəhbəri yaxşı olardı ki, öncə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olan erməni əsilli diversantların Azərbaycanda saxlanma səbəbini anlasın.

Sözsüz ki, humanitar məsələlər sülh gündəliyinin önəmli tərkib hissəsini təşkil edir və məhz bu səbəbdən Azərbaycan hər zaman humanizm prinsiplərini öz fəaliyyətində rəhbər tutub, hətta 44 günlük müharibə zamanı və müharibə sonrası birtərəfli qaydada humanitar addımlar atıb. Lakin Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, sülh üçün sadəcə danışmaq yox, hərəkət etmək lazımdır.

Lakin Ermənistanın baş nazirinin Azərbaycana qarşı hələ də əsassız iddialarla çıxış etməsi, bu ölkənin sülh üçün hərəkətə keçmək istəyini ciddi sual altına alır”, - deyə L.Abdullayeva vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


25

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır
ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək
Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub
Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib
"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək

Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub

Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib

"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib - Prezident İlham Əliyev

Üçtərəfli görüşün yekununa dair bəyanat

İsmayıllı və Qəbələ rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan önəmli rol oynayır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.