• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Şuşada 10 may müraciətinin rəmzi mənası – TƏHLİL

13-05-2022, 22:00 | Baxılıb: 23
“Şuşada 10 may müraciətinin rəmzi mənası – TƏHLİL

Ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri nəinki Azərbaycan vətəndaşlarının, elcə də bütün dünya ictimaiyyətinin diqqətindən yayınmır və hər kəsə bəllidir ki, bu səfərlərin hər biri səbəbsiz və mənasız deyil. Xüsusilə, Azərbaycan Prezidentinin Şuşaya səfərlərinin rəmzi mənaları daha böyükdür və bu, ölkə rəhbərinin hər səfərindəki çıxışında da öz təsdiqini tapır.

Torpaqlarımız işğaldan azad edildikdən sönra Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri artıq ənənəvi hal alıb. Bu səfərlər zamanı ölkə rəhbəri ilə yanaşı, onunla bərabər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da həmin əraziləri ziyarət etdiyinin şahidi oluruq. Əlbəttə ki, bu məqam işğaldan azad edilən ərazilərimizin bizim üçün, bütövlükdə Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir. Təsdiq edir ki, biz öz haqqımız, öz hüquqlarımız, öz torpaqlarımız uğrunda mübarizə aparmışıq və bu müqəddəs amal uğrunda apardığımız mübarizədə əldə etdiyimiz qələbə, xüsusilə də bu qələbə sayəsində işğaldan azad etdiyimiz ərazilərimiz bizim üçün olduqca əzizdir, qiymətlidir və biz bu torpaqların sahibi olaraq çiçəklənməsini də, tərəqqisini, inkişafını da təmin etmək uğrunda əzmlə çalışırıq.

Qeyd olunduğu kimi, ölkə rəhbərinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin hər biri səbəbsiz olmayıb, məramı, məğzi, mənası olub, lakin Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın may ayının 10-da Qarabağa - Füzuli və Şuşa şəhərlərinə səfər etməsi və səfər çərçivəsində bir sıra tədbirlərdə iştirak etməsinin daha böyük rəmzi mənası var. Bu səfərin 10 may tarixinə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günü reallaşdırılması heç də təsadüfi deyildi. Həyatının böyük hissəsini Azərbaycan xalqına həsr edən, xalqımızın inkişafı, tərəqqisi, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində misli görünməmiş işlər görən Ulu Öndərin anadan olduğu gün işğaldan azad edilən ərazilərə ölkə başçısının və onun xanımının səfəri əlbəttə ki, rəmzi məna daşıyırdı və Ümummilli Lderimizin başlatdığı işlərin bir daha uğurla nəticələndiyi təntənəsini, dahi rəhbərin yoluna, təməlini qoyduğu müqəddəs amala sadiqliyimizi, ehtiramımızı, bu yolda daim uğurlar əldə edəcəyimizə əminliyimizi özündə ehtiva edirdi.

Ümummilli Lider Heydər Əliyevin Şuşanı azad görmək arzusu artıq iki ilə yaxındır ki, reallaşıb və bu, başda cənab Prezident İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, hər birimizi sevindirir. Ona görə ki, Şuşa şəhəri Ulu Öndərin hər zaman önəm verdiyi şəhər olub. Xatırladığımız kimi, Şuşa işğaldan azad edilən gün Müzəffər Ali Baş Komandanımız ata vəsiyyətini yerinə yetirdiyini bəyan etdi və məhz bu məqam deyilənləri, dahi rəhbərin Şuşa şəhərinə önəm verdiyini, bu şəhərin işğaldan azad edilməsi arzusunda olduğunu bir daha təsdiqləyir. Deməli, ölkə rəhbərinin məhz 10 may tarixində, Ulu Öndərin anadan olduğu gündə Şuşaya səfəri etməsinin rəmzi mənası hamıya bəllidir və hər kəs bilir ki, ölkə rəhbərimiz ata vəsiyyətini yerinə yetirdiyini, Şuşanın azad edildiyini qeyd edir və bəyan edir ki, əbədi sahibi olaraq bu torpaqların keşiyindəyik və bu bizim üçün müqəddəs amaldır. "Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq”, deyə cənab Prezident İlham Əliyev öz çıxışında bəyan edir ki, özünün və xalqının Ümummilli Lider Heydər Əliyevə ehtiramı hüdudsuzdur və biz bu torpaqları qoruyacaq, abadlaşdıracaq, burada əbədi yaşayacağıq və bu da Ulu Öndərin ruhunu şad edir.İşğal olunmazdan əvvəl Şuşanın inkişafında Ümummilli Liderimizin böyük xidmətləri olduğunu hamımız yaxşı bilirik. Hələ o zamanlar bu şəhərdə quruculuq-abadlıq işlərində dahi rəhbərimizin xidmətləri danılmazdır və o, Şuşanın Azərbaycan üçün, ölkəmizin mədəniyyətinin təmsil edilməsi üçün necə əhəmiyyətili olduğunu dəfələrlə bəyan etməsi də yaddaşlardan silnən deyil və bir sözlə, onun Şuşaya verdiyi önəm bütün bunlarla öz təsdiqini tapır. Təsadüfi deyildi ki, Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra işğal altında olan torpaqlarımızın, o cümlədən Şuşanın azad olunması üçün çox çalışdı. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Heydər Əliyevin siyasətində ən başlıca məqam ölkəmizin ərazi bütövlüyünün bərpa olunması idi, hansıki məhz bu siyasəti uğurla davam etdirən, torpaqlarımızı işğaldan azad edən, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev oldu və onun ata vəsiyyətini yerinə yetirməsi ilə böyük şəxsiyyət Heydər Əliyevin Qarabağın işğaldan azad olunması arzusu reallaşdı. Məhz cənab Prezident İlham Əliyev 10 may tarixində, Ulu Öndər Heydər Əliyevin anadan olduğu gündə Şuşaya səfər etməklə bu arzunun reallaşdırıldığı ilə bağlı həm özünün, həm də bütövlükdə Azərbaycan xalqının keçirdiyi sevinc, fərəh və qürur hissini, eləcə də dahi rəhbərə ehtiramını, onun yoluna, təməlini qoyduğu düzgün, məqsədyönlü, uzaqgörən, müdrik siyasətə sadiqliyimizi bəyan etdi. Anadan olmasının 99-cu ildönümündə cənab Prezident İlham Əliyevin ilk öncə Ümummilli Liderin məzarını ziyarət etməsi və ondan sonra Qarabağa, Şuşaya doğru istiqamətlənməsində əlbəttə ki, rəmzi məna vardı və bu həm də ondan ibarət idi ki, Şuşa azaddır və Ulu Öndərin anadan olduğu gündə O Şuşadadırsa, deməli, atasının, Heydər Əliyevin ruhu şaddır.

Müəllif: İnam Hacıyevскачать dle 10.6фильмы бесплатно


23

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır
ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək
Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub
Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib
"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək

Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub

Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib

"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib - Prezident İlham Əliyev

Üçtərəfli görüşün yekununa dair bəyanat

İsmayıllı və Qəbələ rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan önəmli rol oynayır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.