• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ŞƏHİD NURƏDDİN ŞABANOV QARABAĞDA DÖYÜŞƏRKƏN TƏCRÜBƏLİ ƏSGƏR OLUB.

13-05-2022, 10:30 | Baxılıb: 97
“ŞƏHİD NURƏDDİN ŞABANOV QARABAĞDA DÖYÜŞƏRKƏN TƏCRÜBƏLİ ƏSGƏR OLUB.

ŞƏHİD NURƏDDİN ŞABANOV QARABAĞDA DÖYÜŞƏRKƏN TƏCRÜBƏLİ ƏSGƏR OLUB.



Birinci Qarabağ müharibəsi başlayan kimi Nurəddin Şabanov da, digər qeyrətli Azərbaycan oğlanları kimi vətənin müdafiəsinə qalxdı. Sovet ordusunda müddətli həqiqi hərbi xidmət etdiyi zaman qazandığı hərbi bilikləri Qarabağ müharibəsində onun karına gəldi. Yenicə yaranan müstəqil Azərbaycan dövləti və xalqımızın gözləmədiyi kimi, Nurəddin də, heç vaxt inanmazdı ki, ermənilər qəfildən Azərbaycana təcavüz edər. Belə ki, sovet ordu sıralarında xidmət edənlərin əksəriyyəti erməni əsgərlərinin necə qorxaq olduqlarını yaxşı bilirdilər. Ancaq havadarlarının maddi-mənəvi, silah-



ŞƏHİD NURƏDDİN ŞABANOV QARABAĞDA DÖYÜŞƏRKƏN TƏCRÜBƏLİ ƏSGƏR OLUB.



sursat və siyasi dəstəyi sayəsində xain qonşularımızın arzuları çin oldu. Onlar Azərbaycanın ən gözəl yaşayış məskənlərindən olan Qarabağ bölgəsinə hücum etdilər və nəticədə Azərbaycan dövləti 20% torpaqlarını itirdi. Bu müharibədə Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanı itirdik. Ancaq bu qeyri-bərabər döyüş zamanı Nurəddin kimi igid, qorxmaz və qeyrətli oğullarımız erməni cəlladlarının qarşısından qaçmadılar, son damla qanlarına qədər döyüşərək, şəhid oldular. Şəhidimiz Nurəddin Şabanovu oxucularımıza tanıtmaq üçün, onun haqqında bildiyimiz bəzi məlumatları olduğu kimi yazırıq: Nurəddinin ailəsində altı uşaq olub, onlardan dördü oğlan ikisi isə qız olub.
Nurəddin çox zarafatcıl olub, hamıyla zarafat edərmiş, bununla bərabər uşaqlıqda yaman dəcəl olub. İdman etməyi də, sevirmiş, xüsusən də, futbol oynayardı.
Atası Soltan rəhmətə gedib, anası Gülarə xanım isə övlad dərdi ilə yaşayır.
Şabanov Nurəddin Soltan oğlu 28 noyabr 1971-ci ildə Zaqatala rayonu 3-cü Tala kəndində anadan olub. 1978-88 -cu illərdə Yuxarı Tala kənd məktəbində oxuyub. 1988-ci ildə Zaqatala kənd Təsərrüfatı Texnikumuna qəbul olub.
1989-91-də Qazaxıstanda hərbi xidmətdə olub. 1991-ci ildə isə geriyə, dogma vətəninə qayıdıb. Əvvəlcə Zaqatala kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirib.



ŞƏHİD NURƏDDİN ŞABANOV QARABAĞDA DÖYÜŞƏRKƏN TƏCRÜBƏLİ ƏSGƏR OLUB.

1992-ci ilin sentyabr ayında Qarabağa, döyüşə gedib.
Belə ki, 1991-ci ildə sovet ordusunda xidmət edib geri gələnləri, təcrübəli əsgər olduqlarına görə, səfərbərliklə orduya cəlb edirdilər. Nurəddinin əsas döyüşləri Laçında, Ağdərədə olub.
Nurəddin bir ay xüsusi təlimlər keçdikdən sonra, kəşviyyat bölüyündə xidmət etməyə başlayıb. Bir neçə dəfə döyüş tapşırıqlarını qüsursuz yerinə yetirdiyinə görə evə də, buraxılıb.
1993-cü il yanvarın 20-də Ağdərədə gedən şiddətli döyüşlərdə şəhid olub, yanvarın 25-də Tala kənd qəbirstanlığında dəfn olunub.
Hazırda 3 Tala kənd mədəniyyət evi şəhidin adını daşıyır

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.скачать dle 10.6фильмы бесплатно


97

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır
ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək
Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub
Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib
"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək

Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub

Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib

"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib - Prezident İlham Əliyev

Üçtərəfli görüşün yekununa dair bəyanat

İsmayıllı və Qəbələ rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan önəmli rol oynayır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.