ŞƏHİD QOCA QOCAYEVİN LAHICDAN-AĞDAMA GEDƏN ÖMÜR YOLU.
Birinci Qarabağ savaşı başlanan zaman Azərbaycan yenicə müstəqilliyini əldə etdiyinə görə təkmilləşdirilmiş ordusu yox idi. Çörəkləri həmişə dizlərinin üstündə olan ermənilər, xaincəsinə Azərbaycanın ərazi bütövlüyünü pozmuşdular. Və həmin dövrdə vətənin müdafiəsinə qalxan, Qoca Qocayev kimi mərd oğullarımız oldu. İkinci Qarabağ savaşı “Vətən Müharibəsi” cəmi 44 gün çəksə də, döyüş meydanında erməni əsgərinə ciddi dərs verilməsi ilə yadda qaldı. Bu müharibədə bütün şəhidlərimizin qisası alındı.
Şəhid Qoca Qocayevi oxucularımıza daha yaxşı tanıtmaq məqsədilə onun haqqında bildiyimiz qısa məlumatları olduğu kimi yazırıq: Qocayev Qoca
Məhəmməd oğlu 24 oktyabr 1974-cü ildə Zaqatala rayonu Lahıc kəndində anadan olmuşdur. 1991-ci ildə Lahıc kənd orta məktəbini bitirdikdən sonra bir müddət Nizami adına kolxozda çalışmışdır. 1992-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 13.02.1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Zaqatala rayonu Lahıc kəndində dəfn olunub. Oxuduğu Lahıc kənd orta məktəbi şəhid Qoca Qocayevin adını daşıyır.
Şəhidimiz haqqında oxucularımıza daha ətraflı məlumat vermək üçün Zaqatala rayonu Lahıc kəndinə yollandıq. Şəhidin anası Nigar müəlliməni evində ziyarət etdik. Qocanın anası Nigar müəllimə ilə xeyli söhbətləşdik: oğlum Qocayev Qoca Məhəmməd oğlu 1974-cü il oktyabrın 24-də Zaqatala rayonunun Lahıc kəndində anadan olmuşdur. Lahıc kənd orta məktəbinin 10-cu sinifini bitirmişdi. 1992-ci ildə həqiqi hərbi xidmətə gedib. Gəncə şəhərində hərbi polisdə ximət edib, sonra Ağdərəyə, döyüş bölgəsinə gəlib. 1993-cü il fevralın 13-də Ağdərə rayonunda baş verən ağır döyüşlərdə şəhid olub. Lahıc kəndinin ilk şəhidi olduğu üçün Lahıc kənd orta məktəbi Qocayev Qoca Məhəmməd oğlunun adını daşıyır.
Mən bir yaşlı müəllimə kimi oğlumla fəxr edirəm. Çox vətənpərvər idi.
Qardaşı Anar da şəhidimiz haqqında bizimlə həmsöhbət oldu: Qardaşım idmançı idi. Yaxşı futbol oynayırdı. Biz qardaşımla yaxşı dost olmuşuq. Birlikdə gəzərdik. Qardaşım Ağdərədə şəhidlərin nəşini çıxaran zaman düşmən gülləsinə tuş gəlib.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.