ŞƏHİD ÜZEYİR XAŞAYEV VƏTƏNİ AZƏRBAYCAN ÜÇÜN CANINDAN BELƏ KEÇMƏYƏ HAZIR OLDUĞUNU SÜBUT ETDİ.
Birinci Qarabağ Müharibəsi başlayanda kimi Üzeyir Xaşayev də, digər Zaqatalalılar kimi Vətəni Azərbaycanın müdafiəsinə qalxmağa hazır idi. Ancaq yaşı buna heç cürə imkan vermirdi. Belə ki, həmin dövrdə yenicə müstəqilliyini əldə etmiş dövlətimiz hələ ayaqları bərkiməmiş, zorla müharibəyə sürükləndi.
Azərbaycan kişisi əliyalında olsa ermənilərin qarşısında sınmadılar, öz şirin canlarını vətənə fəda etdilər. Üzeyir Xaşayev həqiqi hərbi xidmətə gedən zaman Azərbaycanla ermənistan arasında atəşkəs elan olumuşdu. Ancaq ermənilər həmişəki kimi öz xəyanətkar xislətlərindən əl çəkmir, fürsət düşən kimi Azərbaycan ərazilərini gülləbaran edirdi. Odur ki, cəbhəyani ərazilərdə xidmət edən əsgərlərimiz mütəmadi erməniləri silahla susdurmalı olurdular. Xaşayev Üzeyir də, həqiqi hərbi xidmət edən zaman, müharibə yox idi. Ancaq xain qonşularımız həmişəki kimi qəfildən ordumuzun mövqelərini atəşə tutmağa başladılar və Azərbaycan əsgərinin müqavimətinə rast gəldilər. Belə döyüşlərin birində Zaqatala rayonu Danaçı kəndindən olan Xaşayev Üzeyir Elşad oğlu qəhrəmancasına döyüşərək, şəhid oldu. Şəhidimiz haqqında məlumat toplamaq üçün Zaqatala rayonu Danaçı kəndinə yollandıq və onun haqqında əldə etdiyimiz məlumatı qısa da, olsa oxucularımıza çatdırmaq istəyirik:
Xaşayev Üzeyir Elşad oğlu 1989-cu il avqust ayının 19-da Zaqatala rayonunun Danaçı Kəndində anadan olmuşdur. 1995-ci ildə Danaçı kənd 2 saylı orta məktəbinə getmiş və 2006-cı ildə həmin məktəbi bitirmişdir.
2008-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmışdır. 2008-ci ilin dekabr ayının 26-da, Tərtər rayonunun Qapanlı kəndində baş verən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Üzeyir subay idi. Valideynləri Zaqatala rayonunun Danaçı kəndində yaşayırlar.
Üzeyir Xaşayev Danaçı kənd qəbristanlığında dəfn olunmuşdur.
Allah Bütün Şəhidlərimizə Rəhmət Eləsin!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.