• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ŞƏHİD MƏMMƏD MAKAROVUN UĞRUNDA ÖLDÜYÜ TORPAQLARDA AZƏRBAYCAN ƏSGƏRİ DAYANIR.

17-05-2022, 09:10 | Baxılıb: 61
“ŞƏHİD MƏMMƏD MAKAROVUN UĞRUNDA ÖLDÜYÜ TORPAQLARDA AZƏRBAYCAN ƏSGƏRİ DAYANIR.

ŞƏHİD MƏMMƏD MAKAROVUN UĞRUNDA ÖLDÜYÜ TORPAQLARDA AZƏRBAYCAN ƏSGƏRİ DAYANIR.






Birinci Qarabağ müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Danaçı kənd sakini Makarov Məmməd Tacəddin oğludur. Məmməd Makarovla bağlı ətraflı məlumat toplamaq məqsədilə Zaqatala rayonu Danaçı kəndinə yollandıq. Şəhidimiz haqqında əldə etdiyimiz məlumatları oxucularımıza da, təqdim edirik:
Makarov Məmməd Tacəddin oğlu 1974-cü il mayın 12-də, Zaqatala rayonunun Danaçı kəndində anadan olmuşdur. Danaçı kənd 1 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi əla və yaxşı qiymətlərlə oxuyan Məmmədin arzusu coğrafiya müəllimi olmaq idi.
Birinci ili ali məktəbə imtahan vaxtı müsabiqədən keçə bilməsədə ruhdan düşməmiş, növbəti ili sənədlərini vermək üçün ciddi hazırlaşıb.
Lakin amansız müharibə şəhidimizin arzularını puça döndərdi. 1992-ci il Milli ordu siralarına çağırılan Məmməd əvvəlcə Sumqayıtda və Qusarda hazırlıq keçdikdən sonra Laçına göndərilmişdir. M. Makarov Laçın uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Danaçı kənd qəbristanlığında dəfn olunmuşdur.
Valideynləri Zaqatala rayonunun Danaçı kəndində yaşayırlar.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Məmməd Makarovun da, qisası alındı, bu günün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!


Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.


скачать dle 10.6фильмы бесплатно


61

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.