ŞƏHİD MƏHƏMMƏD RAMAZANOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Sovetlər birliyinin dağılması ərəfəsində ,“Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli
Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Muğanlı kənd sakini Ramazanov Məhəmməd Ramazan oğludur.
Məhəmməd Ramazanovla bağlı ətraflı məlumat toplamaq məqsədilə Zaqatala rayonu Muğanlı kəndinə yollandıq. Şəhidimiz haqqında ailənin gəlini olan Aygünlə söhbətləşdik. Ondan əldə etdiyimiz məlumatları oxucularımıza da, təqdim edirik: Ramazanov Məhəmməd Ramazan oğlu.
Onlar ailədə 8 uşaq olublar, 5 bacı 3 qardaş. Məhəmməd Ortancıl olub, 23-02 1975-ci ildə Zaqatala rayonu Muğanlı kəndində anadan olub . 07.07.1993-cü ildə Muğanlı kənd məktəbini bitirib.Əsasən idmanla məşğul olub xüsusən də, güləşlə. 1993 -cü ilin yaz aylarında cəbhəyə gedib. 3 ayın əsgəri olub. Tərtər -Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Məhəmməd Ramazanovun da, qisası alındı, bu günün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
317