• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI FAİQ ƏMİROV DÖVLƏTÇİLİYİN QORUNMASI YOLUNDA ŞƏHİD OLUB.

18-05-2022, 10:00 | Baxılıb: 74
“AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI  FAİQ  ƏMİROV DÖVLƏTÇİLİYİN QORUNMASI YOLUNDA  ŞƏHİD OLUB.

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI FAİQ ƏMİROV DÖVLƏTÇİLİYİN QORUNMASI YOLUNDA ŞƏHİD OLUB.


Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Bəhmətli kənd sakini Əmirov Faiq İsfəndiyar oğludur.


AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI  FAİQ  ƏMİROV DÖVLƏTÇİLİYİN QORUNMASI YOLUNDA  ŞƏHİD OLUB.



Faiq haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Bəhmətli kəndinə yollandıq.
Şəhidimizin doğmalarıyla görüşüb, onun haqqında xeyli söhbətləşdik: Əmirov Faiq İsfəndiyar oğlu 1975-ci il iyun ayının 22-də Zaqatala rayonu Bəhmətli kəndində anadan olmuşdur. 1982-ci ildə 1-ci sinifə daxil olmuş, 1992-ci ildə Bəhmətli kənd orta məktəbinin 10-cu sinifini bitirmişdir. O, 1993-cü ildə Zaqatala rayon Hərbi komissarlığından hərbi xidmətə çağırılmışdir. Əvvəlcə Bakıda, Nasosnuda xidmət etməyə başladı, burada hərbi təlim keçdikdən sonra Tərtər ərazisində hərbi xidmətini davam etdirməyə başlamışdır. Faiq Əmirov Goranboy, Ağdam, Ağdərə zonasında düşmənə qarşı igidliklə döyüşmüşdür. O, cəbhədə xidmət etdiyi dövrdə üç dəfə yaralanmış, səhra hospitalında müalicə olunaraq, yenidən döyüş zonasında xidmətini davam etdirmişdir. Xüsusən, də, Ağdərə istiqamətində məharətli döyüş yolu keçmişdir.
Faiq Əmirov 1995-ci il mart ayının 17-də konstitusiya quruluşunun müdafiəsi zamanı dövlətçilik uğrunda, müstəqilliyin qorunub saxlanılması yolunda, əsgəri xidmətini yerinə yetirərkən, qəhrəmancasına həlak olmuşdur. Subay idi. 1995-ci il aprelin 4-də Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Əmirov Faiq İsfəndiyar oğlu "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülmüşdür. Xatirəsi əbədiləşdirilərək, Zaqatala şəhərində adına küçə verilmişdir. Zaqatala rayon Bəhmətli kənd qəbirstanlığında dəfn edilmişdir.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Faiq Əmirovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.



















скачать dle 10.6фильмы бесплатно


74

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.