• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ŞƏHİD FAİQ MAMKAYEVİN DƏ, RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.

18-05-2022, 12:30 | Baxılıb: 85
“ŞƏHİD FAİQ MAMKAYEVİN DƏ, RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.

ŞƏHİD FAİQ MAMKAYEVİN DƏ, RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.


Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Üçüncü Tala kənd sakini Mamkayev Faiq İslam oğludur.

ŞƏHİD FAİQ MAMKAYEVİN DƏ, RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.


Faiq haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Üçüncü Tala kəndinə yollandıq.
Şəhidin bacısı Nazilə xanımla görüşüb, onun haqqında xeyli söhbətləşdik: biz ailədə beş uşaq olmuşuq, dörd oğlan bir qız. Faiq sakit xarakterli uşaq idi. Heç kimin xətrinə də, dəyməzdi, çox işgüzar idi. Kənd təsərrüfatı ilə məşğul olurdu.Texnikaya marağı çox böyük olub. Arada hamıda olduğu kimi, bacı-qardaş dalaşıb barışırdıq. Evdə tək bir bacı olduğum üçün biraz mənə yaxşı baxırdılar.
O ki, qaldı qardaşım haqqında rəsmi məlumata: “Mamkayev Faiq İslam oğlu 9 iyul 1972-ci ildə 3-cu Talada anadan olub. 1979-cu ildə 1-ci sinifə gedib. 1987-ci ildə orta məktəbin 8-ci sinfini bitirib. Zaqatala peşə məktəbində Traktorçu peşəsinə yiyələnib. 1990-cı ildə sovet ordusunda xidmət edib. 1992-ci ildə geri, vətəninə gəlib. 1993-cü ildə isə birbaşa gedib Qarabağa, cəbhənin ən qaynar yerinə, Ağdama.
Dekabırın 28-də, isə Güllücə kəndi ətrafında itgin düşüb.”
Faiq Mamkayevin atası İslam və anası Mahiyyə də, dünyalarını dəyişiblər.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Faiq Mamkayevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.














скачать dle 10.6фильмы бесплатно


85

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.