• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan önəmli rol oynayır

23-05-2022, 13:00 | Baxılıb: 34
“Azərbaycan önəmli rol oynayır

Hikmət Babaoğlu

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu diqqətlə seçilmiş diplomatik ifadələr və xüsusi məzmunu ilə əlamtədardır. Çünki məktubda həm 30 illik müddət ərzində ABŞ – Azərbaycan münasibətlərinin keçdiyi yola nəzər salınır həm əldə edilən ortaq nailiyyətlərə vurğu edilir və həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın perespektivləri ilə bağlı mühüm fikirlər bildirilir. ABŞ prezidenti ilk növbədə diqqəti hazırda dünyada baş verən mühüm geosiyasi proseslərə çəkərək vaxtilə ABŞ və Azərbaycanın həyata keçirdiyi fəaliyyətin məhz indiki kritik mərhələdə öz bəhrəsini verdiyini dilə gətirir. Bildirilir ki, 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq tarixin mühüm anında öz bəhrəsini verir. Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Göründüyü kimi bizim adətən Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaması kimi qiymətlədnirdiyimiz gerşəkliyi ABŞ Pezidenti daha qlobal kontekstdə qiymətləndirir. Bu miqyası beynəlxalq səviyyəyə qədər yüksəldir ki, bu da özlüyündə Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun yüksək qiymətləndirilməsi hesab edilə bilər. İkinci mühüm aspekt isə ondan ibarətdir ki, ABŞ qlobal terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu xüsusi olaraq qeyd edir. Şübhəsiz ki, buraya təkcə qlobal terorizmə qarşı mübarizədə ABŞ-ın antiterror koalisiyasının dəstəklənməsi deyil həm də Azərbaycanın regionda erməni terror ocağını darmadağın etməsi də daxildir. Əgər bunların üzərinə C.Baydenin Azərbaycanın müstəqilliyini dəstəklədiyi ilə bağlı səsləndirdiyi fikirləri də gəlsək bu fikirlər həm də Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni reallığın da ABŞ tərəfindən dəstəklənməsi kimi qiymətləndirilə bilər. Başqa bir mühüm məsələ isə Ermənistan və Azərbaycan arasında yarana biləcək mümkün sülhlə bağlı ABŞ prezidentinin fikirləridir ki, bu da özlüyündə olduqca əhəmiyyətlidir. C.Bayden bildirir ki, Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Göründüyü kimi bizim sadəcə Qafqaz regionunda əməkdaşlıq perespektivləri kimi qiymətləndirdiyimiz postmüharibə reallığını ABŞ daha geniş miqyasda, Transxəzər region kontekstində qiymətləndirdi ki, bu əslində Azərbaycanın regionun gələcəyində olyanayacağı mühüm rola işarədir. Ona görə də gələcək onilliklərdə də ABŞ -Azərbaycan əməkdaşlığına ehtiyac olduğu bildirilir. yap.org.azскачать dle 10.6фильмы бесплатно


34

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.