Bu gün Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə və qazilərə çox ciddi qayğı və diqqət göstərirlər”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyev dəfələrlə şəhid ailələrinə və qazilərə baş çəkərək onların qayğıları və problemləri ilə maraqlanır: “Azərbaycanda bu kateqoriyadan olan insanlara yüksək diqqət və qayğı var. Bu gün bütün dövlət qurumlarında bu istiqamətlərdə tapşırıqlar verilib. Hesab edirəm ki, bu gün dövlətin bu istiqamətdə keçirdiyi siyasət uğurludur. Biz tez-tez şəhid ailələri və qazilərlə görüşürük. Bəzən hansısa problemlər olur və bu təbiidir. Amma qısa zamanda dövlətin həyata keçirdiyi siyasət nəticəsində bu kimi məsələlər tezliklə həllini tapır”.
Arzu Qurbanlı
199