“1993-cü ilin yayında ölkəmizdə ümumi böhran yarandı. Müstəqil dövlət dağılmaq, ölkə partiyalanmaq, xalq-vətəndaş müharibəsi astanasında dayandı. Hərbi hakimiyyətlə mülki hakimiyyət, hakimiyyətlə-xalq arasında uçurum dərinləşdi”. Bu sözləri Diaspor info-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, belə bir vaxtda millətin mənəvi, psixoloji böhranı baş verirdi və sabaha ümid yox idi: “Çarəsiz qalan hakimiyyət Naxçıvanda Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Bakıya gələn Heydər Əliyev Milli Məclisdə çıxış etdi. Qiyamın baş verdiyi Gəncəyə tək başına junalistlərlə getdi, yaranmış şəraiti öyrəndi. Geri qayıtdıqdan sonra isə parlamentin sədri seçildi. Heydər Əliyevin iyunun 15-i parlamentin sədri seçilməsi müasir Azərbaycan tarixində Qurtuluş Günüdür. Bu gün Azərbaycanın xaricdən dəstəklənən separatçılıqla parçalanmasının önünün kəsilməsi, xalqın vətəndaş müharibəsindən qurtarılması günüdür. Məhz 1993-cü il iyunun 15-dən sonra gerçək müstəqil dövlət quruculuğuna başlanıldı”.
Müəllif: Səbinə Hüseynli
208