“Azərbaycan dövləti şəhid ailələri, qazilər və müharibə iştirakçılarına hər zaman yüksək qayğı göstərib”. Bu sözləri Diaspor info-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, bu həm Ulu Öndər Heydər Əliyevin, həm də indiki Prezident cənab İlham Əliyevin fəaliyyətində qabarıq şəkildə özünü biruzə verir: “Həmçinin hörmətli birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın da fəaliyyətində bu qrupdan olan insanlar həmişə diqqət mərkəzindədir. İlk növbədə onların müalicəsi, sosial problemlərin həlli üçün dövlət tərəfindən bir çox sosial proqramlar təyin edilib. Şəhid ailələri üçün verilən müavinətlər ildən-ilə artırılır. Eyni zamanda müharibədə əlilik alan və qazi olan insanların da pensiyası kifayət qədər yüksəkdir.
Müharibə veteranlarının hər biri dövlət tərəfindən müavinət alır. Təbii ki, büdcəmiz böyüdükcə bu rəqəmlərdə böyüyəcək. Şəhid ailələrinin mənzillə təminatı, qazilərin sağlamlığının qorunması məsələsi də diqqətdə olan məqamlardır. Bu gün xüsusi olaraq bütün rayon və şəhərlərin icra hakimiyyətlərində şəhid ailələrinə və müharibə iştirakçılarına iş yerləri ayrılmışdır. Onların bütün fəaliyyəti ancaq bu təbəqədən olan insanların problemləri ilə bağlıdır. O ailədən olan gənclərin təhsil alması dövlət hesabınadır, həmçinin onların işlə təmin olması məsələsinə nazirliklər və yerli icra hakimiyyətləri də maksimum diqqət göstərirlər. Onlara diqqətin ən böyük nümunəsini cənab Prezident, ölkənin birinci xanımı Mehriban xanım Əliyevə şəxsi olaraq ayırır. Vətən müharibəsi getdiyi dövrlərdə onların yaralı hərbiçilərlə görüşmələri və onların problemləri ilə maraqlanaraq, gələcəkləri ilə bağlı fikir bildirmələri də bu qəbildən olan məsələlərdir. Cənab Prezident vaxtaşırı şəhid ailələrini ziyarət etməsi zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanlarını əhalinin problemləri ilə daima ciddi şəkidlə məşğul olmalarını bildirir”.
Müəllif: Banuçiçək Hüseynli
155