“Uzun sürən hərbi kampaniya həm Moskvanı, həm də Kiyevi yeni strategiyaya meyl etməyə sövq edir. Yeni strategiya ilk növbədə itkilərin sayının azalmasını və hərbi kampaniyada irəliləyişin təmin edilməsini hədəfləyir. Bu baxımdan əlbəttə ki, Rusiyanın fövqəl bir qüvvə kimi qarşısında ciddi qayğılar var. Bu ilk növbədə dünyada özünə qarşı olan tənqid davasını həm layiqincə qarşılasın, həm də tutarlı cavablar versin”. Bu sözləri Diaspor info-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, digər tərəfdən Rusiyaya vacib olan odur ki, Ukrayna tərəfini bir növ borclu çıxarsın: “Çünki həqiqətən də Ukraynada elə qüvvələr var idi ki, onlar faşizmin yolu ilə gedirdilər, yerli rusdilli əhaliyə qarşı aqressiv davranırdılar.
Təsadüfi deyil ki, Rusiyanın hərbi-siyasi böhran və onun daxilində gedən informasiya fəaliyyətində də biz bəzi çalarları görürük. Onlar bir şeydən xəbər verir ki, Rusiyanın siyasi dairələri Ukraynadakı radikallaşmanı və millətçiliyi ümumiyyətlə götürə bilmirlər. Ona görə də Rusiya tərəfindən özünün də dediyi kimi, hərbi əməliyyat meydana gəldi”.
Tofiq Abbasov sözlərinə belə davam edib: “Faktiki olaraq Rusiya özü də anlayır ki, proses uzandıqca onun problemləri beynəlxalq səviyyədə artacaq. Rusiya ilə yaxın münasibətdə olan dövlətlərin bəziləri də bir növ ehtiyyatlanır və Rusiyadan kənar gəzməyə cəhd göstərirlər. Belə olduğu halda, Rusiya diplomatiyasının da qarşısında duran əsas vəzifə ondan ibarətdir ki, ilk öncə dünyada ölkənin nüfuzunun yüksək səviyyədə qalmasını təmin edərək yeni texnoloji gedişlərdən istifadə etsin. Sonra çalışıb bir çox dövlətləri inandırsın ki, onun hərbi kompaniyaya qatılması qaçılmaz idi. Çünki faktiki olaraq Rusiya ilk növbədə Qərb birliyinin Ukraynada NATO bazalarının yerləşdirilməsi məsələsini gündəmə gətirdi. Belə olduğu halda Ukraynada müharibə olmasaydı belə, qərbin hərbi bazaları peyda olsa idi, orada strateji raketləri yerləşdirəcəkdilər. Təsadüfi deyil ki, bu proseslərdə NATO-da yaxından iştirak edirdi. Bu proseslərin qarşısında da Rusiya anladı ki, hər hansı tərzdə onun qarşısını almalıdır.
Avropada və dünyanın bir çox yerlərində Rusiy təmsilçilərinə çox dözülməz münasibət sərgilənir. Bu ölkənin rəhbər dairələrini qayğılandırmaya bilməz. Artıq 103 gündür ki, hərbi əməliyyat gedir. İrəliləyiş varsa, itki də var. Bu hər iki tərəfə aiddir.
Düşünürəm ki, Rusiya rəhbərliyinin də danışıqlara getmək fikri var. Belə olarsa iki ölkənin xalqı qalib gələcək. İki ölkənin dağıntılarının və ölülərinin sayı azalacaq”.
Ayşən Vəli
166