"1993-cü ilin 15 iyun hadisələrinin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, məhz həmin gündən sonra başlayan proseslər Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyətə malikdir". Bu sözləri Diaspor info-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu günün nə qədər önəmli olduğunu və bu gündən sonra başlayan proseslərin Azərbaycanda nələri hansı istiqamətdə dəyişdirdiyini dəqiq göz önünə gətirmək üçün Azərbaycanın 1993-cü ildən bugünədək nələri əldə etdiyinə diqqət yetirmək kifayətdir: "15 iyun hadisələrinə qədər Azərbaycan müstəqil dövlətçiliyin quruculuq sistemi prosesi yüksələn dinamika üzrə yox, tənəzzül üzrə gedirdi. 1993-cü ilin 15 iyundan sonra Heydər Əliyevin faktiki fəaliyyətə başlanılması ölkənin yeni sistemli dövrünün başlanğıcı oldu. Hər sahədə system üzrə yeni bir nəfəs gördük. Sistem şəklində fəaliyyət göstərən dövlətçilik atributlarını görməyə başladıq. Buna görə də cənmiyyət də prosesləri dəstəkləyərək dövlət həyatının ayrılmaz bir hissəsinə çevrilməyə başladı. Qısa müddətdə ordu quruculuğu ilə bağlı mühüm qərarlar verildi. Əgər, bu gün Azərbaycanın ərazi bütövlüyünə nail ola bilmişiksə, bütün bunları 1993-cü ilin 15 iyun hadisələri təkcə hakimiyyət dəyişikliyi və yaxud da dövlətin başında duran şəxsin formal olaraq dəyişməsindən ibarət deyil. Bu, müstəqil dövlətçilik tariximizin keyfiyyətcə yeni dövrünün başlanğıcı idi".
Arzu Qurbanlı
148