“İnsan hüquqlarının qorunması məsələsi hər birimiz üçün olduqca aktual mövzudur”. Diaspor info-nun verdiyi məlumata görə, bu sözləri Ombudsman Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, hər bir dövlətin ali məqsədi insan hüquqlarının qorunmasıdır: “Bildiyimiz kimi dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib. Həmin gündən etibarən hər ilin 18 iyunu “İnsan hüquqlarl günü” kimi qeyd olunur”.
Arzu Qurbanlı