• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Bəyanatı.

17-06-2022, 18:30 | Baxılıb: 33
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Bəyanatı.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Fransanın paytaxtı Parisdə bir qrup erməninin Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücumuna etiraz
BƏYANATI

Bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumata əsasən, Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.
Onlar Azərbaycan Respublikasının Şuşa şəhəri, o cümlədən Qarabağ bölgəsi ilə bağlı təxribatçı şüarlar səsləndirib, dinc insanlara hücum edərək zorakılıq nümayiş etdiriblər. Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova və digər iştirakçılar xəsarət alıblar. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.
Təəssüf hissi ilə qeyd etmək istərdik ki, dünyanın bir çox yerlərində söz, fikir və ifadə azadlığından istifadə etməklə Azərbaycan mədəniyyətini, tarixini dünya ictimaiyyətinə çatdırmağa çalışan azərbaycanlılar dəfələrlə milli, etnik və nifrət zəminində hücumlara məruz qalırlar.
Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin, Mülki və Siyasi Hüquqlar Haqqında və İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktların və digər beynəlxalq sənədlərin müddəalarının kobud pozulması ilə müşaiyət olunan bu hadisələr Ermənistanın etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük siyasətinin bariz nümunəsidir.
Ermənistanın dövlət siyasətinin əsasını təşkil edən və azərbaycanlılara qarşı ayrı-seçkiliyi, nifrəti alovlandıran, təşviq edən bu kimi təxribatçı əməllər, bu ölkə rəhbərliyinin ermənilərlə azərbaycanlılar arasında “etnik uyğunsuzluğa” aşkar inamının sübutudur.
Ombudsman olaraq, Ermənistanın Azərbaycana, eyni zamanda xarici ölkələrdəki azərbaycanlı icmalarının üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir, Ermənistan tərəfini məqsədli gərginlik yaradaraq sülh danışıqlarına əngəl törətmək cəhdlərindən əl çəkməyə, üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq.

Səbinə Əliyeva

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)
 
17 iyun 2022-ci il
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir.скачать dle 10.6фильмы бесплатно


33

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.