• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlik və əbədilik sənədidir

18-06-2022, 09:00 | Baxılıb: 33
“Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlik və əbədilik sənədidir

2021-ci ilin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada yeni tarix yazıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada rəsmi qarşılanması, “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanması bir daha tarixi köklərə, möhkəm təmələ əsaslanan Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının keçdiyi inkişaf yoluna nəzər salmağı zərurətə çevirir.

Şuşa Bəyannaməsində ötən illər ərzində müxtəlif sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin perspektivləri öz əksini tapıb. Türkiyə Prezidenti hələ 10 dekabr 2020-ci il Zəfər Paradında iştirak etmək üçün ölkəmizə səfəri zamanı imzalanan sənədlər fonunda “Atılacaq daha çox imzalar var” bəyan etmişdi. Şuşa Bəyannaməsi məhz bunun bariz nümunəsi oldu.

Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinə xidmət edən Şuşa Bəyannaməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində yol xəritəsi, gələcək işbirliyin təminatıdır.

Şuşa Bəyannaməsini iki ölkə arasında qardaşlığın yeni tarixi mərhələsi kimi hesab etmək olar. Qeyd edək ki, bu tarixi sənəd Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda millət və dövlət quruculuğuna verdiyi misilsiz töhfələr onun fəaliyyətinin ana xətlərini təşkil edirdi. Düzgün milli ideologiya olmadan xalqı, əhalini millət kimi birləşdirmək, millət və dövləti isə bir-birinə sarsılmaz surətdə bağlamaq və millət-dövlət fenomeninə nail olmaq müşkül olur. Ulu Öndərin Azərbaycançılıq məfkurəsi bu vəzifənin öhdəsindən gəlmək, Azərbaycanın milli dövlətini möhkəm və etibarlı əsaslarla qurmaq missiyasını uğurla yerinə yetirmək yolunda misilsiz rol oynadı. Azərbaycançılıq ümumbəşəri dəyərlərə hörmətə, dini, etnik, dil və sair mənsubiyyətindən asılı olmayaraq Azərbaycana və Azərbaycan dövlətinə bağlılığa və Azərbaycana bağlı olanların həmrəyliyinə əsaslanır. Azərbaycandakı bütün xalqların nümayəndələrinin din və etnik mənsubiyyətindən asılı olmayaraq, 44 günlük Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək düşmənə çökdürücü zərbə vurmaları Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təzahürünün bir təntənəsi idi. Dünya Azərbaycanlılarının 5-ci Qurultayının aprelin 22-də Şuşa şəhərində keçirilməsi, Şuşanın ölkəmizdə və dünyada bütün azərbaycanlıların mənəvi paytaxtı olaraq ümummilli birlik rəmzinə çevrilməsi də həmin məfkurənin daha bir təntənəsidir.

Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin praktik təcəssümü olaraq Şuşada Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının 2021-ci ilin 15 İyun – Milli Qurtuluş Günündə baş verməsi bayrama bayram qatır. Çünki Şuşa Bəyannaməsi Qurtuluşumuzun məntiqi nəticəsi və onun əbədiliyinin daha bir zəmanətidir.

Məcid Əhmədov

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr müaviniскачать dle 10.6фильмы бесплатно


33

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.