• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“İslam dəyərlərinə bağlılığımız dövlət səviyyəsində qorunub saxlanılır” - DEPUTAT ŞƏRH ETDİ

19-06-2022, 13:00 | Baxılıb: 30
““İslam dəyərlərinə bağlılığımız dövlət səviyyəsində qorunub saxlanılır” - DEPUTAT ŞƏRH ETDİ

“70 il sovetlər dövründə dinə və inaclara qarşı siyasət yürüdülsə də İslam dəyərlərimizə bağlılığımız xalımızı ruhundan heç vaxt ayıra bilməmişdi. Düzdür, məscidlər bağlanmışdı, açıq şəkildə ibadətlər qadağan olunmuşdu. Amma insanların ürəyində Allaha bağlılıq həmişə yaşayıb”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Azər Badamov deyib.


“İslam dəyərlərinə bağlılığımız dövlət səviyyəsində qorunub saxlanılır” - DEPUTAT ŞƏRH ETDİ


Onun sözlərinə görə, İslam dəyərlərinə bağlılığımız dövlət səviyyəsində qorunub saxlanılır: “Müstəqilliyimizə qovuşanda dövlət rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev də İslam dininə bağlılığımızı və hörmətlə yanaşdığını açıq şəkildə ifadə etdi. Dövlət rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev ailə üzvüləri ilə birlikdə Məkkəyə həcc ziyarətinə gedərək ölkəmizin gələcəyi üçün öz dualarını etdi.

Bu gün artıq torpaqlarımız azad olunub və ölkəmiz sözün əsl mənasında öz müstəqilliyinə qovuşmuşdur. Dinimizə bağlılq və məscidlərə xüsusi diqqətlə yanaşılamsı Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək hörmət və ehtiramla hər zaman ifadə olunur”.

Deputat sözlərinə belə davam edib: “Bu gün ölkəmizdə 2 minə yaxın məscid fəaliyyət göstərir ki, bu məscidlərin yenidən qurulması üçün dövlət başçımız sərəncamlar imzalamış, dövlət büdcəsindən vəsaitlər ayrılmışdır. Yeni tikilən məscidlərin açılışlarında Prezident İlham Əliyevlə Mehriban xanım Əliyeva bir yerdə iştirak edirlər. Məscidlərin yenidən qurulmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir.

İşğaldan azad etdiyimiz ərazilərdəki 67 məscid erməni vandalları tərəfindən dağıdılıb təhqir olunmuşdu. Amma cənab Prezident və Mehriban xanım o dağılmış məscidlərə daxil olanda İslam dinin qaydalarına yüksək riayət edir və yenidən qurularaq bərpası üçün tapşırıqlarını verir. Mehriban xanım tərəfindən işğaldan azad olunmuş ərazilərdəki məscidlərə müqəddəs Quran kitabı hədiyyə edilmişdir.

Bu gün Şuşa şəhərindəki üç məscid məhz Heydər Əliyev Fondu tərəfindən bərpa edilir. Ölkəmizdə dini kadrların hazırlanması üçün ölkə başçımızın sərəncamı ilə İlahiyyat İnstitutu tikilərək cari ilin 11 aprelində istifadəyə verilmişdir. Bu institutda dini biliklərə yiyələnmiş mütəxəsislər hazırlanır ki, bu da ümumən ölkədə İslam əxlaqının formalaşmasına xidmət edəcəkdir.

Təbii ki, dövlət başçımızın dinimizə və Allaha bağlılığı digər dinlərə də hörmətlə yanaşmasında da özünü göstərir. Ölkəmiz dini müxtəlifliyi ilə zəngindir. Məhz bütün dinlərə hörmətlə yanaşmağımızın göstəricisidir ki, ölkəmizdəki kilsələr və sneqoqlar da dövlət vəsaiti ilə bərpa olunaraq möminlərin istifadəsinə verilmişdir. Həm də bütün dinlərin və konfensiyaların fəaliyyəti üçün Prezidentin ehtiyat fondundan mütəmadi maliyyə vəsaitləri ayrılır.

Ölkəmizdə konstitusiyala dövlət dindən ayrı olsa da, dövlət din münasibətləri yüksək səviyyədə inkişaf edir. Qeyd etdiyim kimi dini dəyərlərin qorunması və inkişaf etdirilməsində dövlət hər zaman öz dəstəyini göstərir”.

Ayşən Vəliскачать dle 10.6фильмы бесплатно


30

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.