Türkiyə, Finlandiya və İsveç arasında NATO danışıqları bu gün də davam edəcək.
Qeyd edək ki, Prezidentin mətbuat katibi İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önalın başçılıq etdiyi nümayəndə heyəti Belçikanın paytaxtı Brüsseldə səfərdədir. Diaspor info-ya bu barədə Türkiyə saytlarına istinad edir.
Kalın və Önalın rəhbərlik etdiyi nümayəndə heyəti həmsöhbətləri ilə İsveç və Finlandiyanın üzvlük məsələsini müzakirə edəcək.
Bölücü terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG ilə bağlı iki ölkənin konkret addımlar atacağı gözləntiləri bir daha gündəmə gətiriləcək.
Mayın 25-də paytaxt Ankarada keçirilən görüşdən sonra tərəflər arasında gözləntilərlə bağlı bir sıra sənədlər göndərilib. Brüsseldə keçiriləcək görüşdə həmin sənədlər müzakirə olunacaq.
Xatırladaq ki, Türkiyə İsveç və Finlandiyanın üzvlüyünə müsbət baxmır, terror təşkilatlarına ev sahibliyi edən ölkələrin təhlükəsizlik təşkilatı olan NATO-ya daxil edilməməsi lazım olduğunu bildirir.
Finlandiya Prezident Aparatının "Twitter" hesabından edilən paylaşımda Finlandiya, İsveç və Türkiyə arasında rəsmi danışıqların bu gün (20 iyun) Belçikanın paytaxtı Brüsseldə davam edəcəyi bildirilib.
İsveçin rəsmi xəbər agentliyi TT-yə danışan NATO nümayəndəsi bildirib ki, NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun yüksək səviyyəli rəsmiləri ilə Türkiyə, Finlandiya və İsveçin yüksək səviyyəli nümayəndələri Brüsseldəki qərargahda görüşəcək.