• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Səbinə Əliyeva Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş tədbirdə çıxış edib

20-06-2022, 18:00 | Baxılıb: 35
“Ombudsman Səbinə Əliyeva Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş tədbirdə çıxış edib

Ombudsman Səbinə Əliyeva Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş tədbirdə çıxış edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 İyun – Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar təşkil edilmiş fotosərgidə iştirak edib.
Ombudsman tədbirin açılışında çıxış edərək, dünyada müxtəlif səbəblərdən yaşadığı yerdən didərgin düşmüş insanların sayında son zamanlar böyük bir artım müşahidə olunmasının ciddi narahatlıq doğurduğunu qeyd edib. Cari ildə həmin insanların sayının 100 milyonu ötdüyünü bildirən S.Əliyeva bu vəziyyətin qarşısının alınması məqsədilə dünya ictimaiyyəti, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən qəti mövqe sərgilənməsinin, dayanıqlı həll yolu seçilməsinin və yerdəyişməyə məcbur edilmiş insanlara zəruri dəstək göstərilməsinin vacibliyini vurğulayıb.
Hər il Ümumdünya Qaçqınlar Günü ilə bağlı edilən çağırışların bu əhali qrupunun hüquqlarına qlobal səviyyədə diqqət ayrılmasına və insan hüquqlarının təmininə yönəldiyini qeyd edən Ombudsman 2022-ci ilin çağırışını xatırladaraq, qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəraitdə yaşamaq hüququnun təmin edilməsinin əhəmiyyətinə toxunub.
S.Əliyeva Ermənistanın 30 ilə yaxın davam etmiş işğal siyasətinə son qoyulması nəticəsində bir milyonadək keçmiş azərbaycanlı məcburi köçkünün öz doğma torpaqlarına qayıtmaq imkanı əldə etdiklərini qeyd edib. Eyni zamanda, Ombudsman azad edilmiş ərazilərimizə qayıdış prosesini ləngidən kütləvi dağıntılar, ekosistemə ciddi zərər vurulması, ərazilərin minalardan təmizlənməsi kimi faktları diqqətə çatdıraraq, həmin insanların təhlükəsiz qayıdışını təmin etmək üçün birgə səylərin səfərbər olunmasına çağırış edib.
Çıxışının yekununda Ombudsman Səbinə Əliyeva hər kəsi qaçqın və məcburi köçkünlərlə birlik nümayiş etdirməyə çağırıb.
Tədbirdə həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Quido Ambroso, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komissiyasının sədr müavini Fuad Hüseynov da çıxış edərək, bu əlamətdar günün əhəmiyyəti barədə danışıblar.
Daha sonra Əfqanıstandan olan qaçqın fotoqraf Əhməd Cavid Əkbərzadənin fotolarına baxış keçirilib, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən hazırlanmış videoçarxlar nümayiş etdirilib.
Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


35

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.