“Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək oldublar”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, son illər isə “Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir: “Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilmişdir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi idi. Bu layihələr regionun inkişafında mühüm rol oynayır”.
Deputat sözlərinə belə davam edib: “Ümumiyətlə, beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Turkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib.
Müstəqillik illərində Türkiyə Azərbaycana Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. O zaman orduda kadr çatışmazlığı var idi. Türkiyə Azərbaycanda hərbi kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hətta indi də demək olarki, hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.
Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərdi. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan xalqı və dövləti bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmayacaq.
Həm Azərbaycan, həm də Türkiyə Naxçıvan dəhlizinə xüsusi önəm verir. Bu lahiyənin həyata keçirilməsi bötövlükdə regionda təhlükəsizliyin təmin olunmasına, sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfələr verəcək. Həmçinin Azərbaycanı loqistika mərkəzinə çevirmək üçün yeni imkanlar yaradacaq.
Bu hər tərəfli əlaqələri gücünü münayiş etdirən amil keçən il Şuşa şəhərində imzalanmış “Şuşa Bəyannaməsi” oldu. Siyasi, iqtisadi, mədəni, ordu quruculuğu və digər sahələr üzrə birlikdə əməkdaşlığı nəzərdə tutan bu bəyannamə müttəfiqliyimizi daha das möhkəmləndirib inkişaf etdirəcəkdir”.
Ayşən Vəli
161