• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bölgədə təhlükəsizliyin təminatına AZƏRBAYCANIN TÖHFƏSİ - TƏHLİL

21-06-2022, 10:30 | Baxılıb: 35
“Bölgədə təhlükəsizliyin təminatına AZƏRBAYCANIN TÖHFƏSİ - TƏHLİL

Azərbaycanın qələbəsi, müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörənliyi, müdrikliyi, siyasi iradəsi, rəhbərliyi, xalqımızın birliyi, həmrəyliyi və Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük vətən müharibəsində əldə etdiyimiz qələbə, uzun müddət ərzində regionda əsas gərginlik mənbəyi olan və artıq keçmişdə qalan “Dağlıq Qarabağ” münaqişəsinin həlli bölgədə davamlı sülhün və təhlükəsizliyin yaradılması üçün unikal imkan yaradıb. Əlbəttə ki, bununla qlobal miqyasada yaşanan problemlərin Cənubi Qafqaza təsiri də minimuma endirilib və bu təsir əhəmiyyətli dərəcədə zəifləyib.

Bütün dünya ictimaiyyəti şahidi oldu ki, Azərbaycan güclü, qüdrətli dövlətdir və öz ərazi bütövlüyünü təmin etməyə, qorumağa, haqq və hüquqlarını müdafiə etməyə qadirdir. Bu danılmaz həqiqəti hər kəs 44 günlük Vətən müharibəsində Azərbaycanın mükəmməl qələbəsindən sonra daha yaxşı başa düşdü. Beynəlxalq aləm ölkəmizin haqlı olduğunu hər addımda gördü və bu gün Azərbaycanın sülh gündəliyi təklif etməsi də bunu bir daha təsdiq edir. Etiraf edilməlidir ki, müharibədə qalib gələn bir ölkənin sülh gündəliyi təklif etməsi nadir hadisələrdəndir və bu fakt özü də təsdiq edir ki, bölgədə təhlükəsizliyin təminatında aparıcı rol oynamaq məsuliyyətini Azərbaycan öz üzərinə götürməkdən çəkinmir və deməli, ölkəmiz sülhün, əmin-amanlığın tərəfdarıdır.

Diqqətə çatdıraq ki, 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra ölkəmiz postmünaqişə dövründə olan münasibətlərin tənzimlənməsi üçün irəli sürdüyü sülh gündəliyi Ermənistan tərəfindən qəbul edilib. Məsələ burasındadır ki, ölkəmizin irəli sürdüyü gündəliyi, 5 prinsipə söykənən sülh gündəliyini Ermənistan tərəfi qəbul etsə də, bu istiqamətdə ciddi fəallıq hələ də müşahidə olunmur. Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərin icrasına tələsmədiyi göz önündədir. Təbii ki, bu da Azərbaycanın haqlı narazılığına səbəb olmalıdır və bunu da Ermənistan tərəfi nəzərə alsa yaxşı olar. Bölgədə bütün kommunikasiyaların və nəqliyyat dəhlizlərinin açılması, xüsusilə də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsinin bərpası məsələsinə Ermənistan tərəfi həssa yanaşmalıdır. Əks halda bu hal Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Bəli, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanat çərçivəsində Azərbaycanın erməni əhalisi yaşayan Qarabağ bölgəsinə Ermənistandan maneəsiz çıxışın təmin olunması üçün Azərbaycan tərəfi öz üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirib və yetirməkdədir. Sirr deyil ki, ermənilər Laçın yolundan maneəsiz şəkildə istifadə etsələr də, Azərbaycan vətəndaşlarının Ermənistan ərazisindən keçərək Naxçıvana gedən Zəngəzur dəhlizindən istifadə etməsi üçün hələ də qarşı tərəf şərait yaratmayıb. Bu hal, sözsüz ki, sülh danışıqlarına da, sülhün və təhlükəsizliyin təminatına da müsbət təsir edə bilməz. Ermənistan tərəfi nəzərə almalıdır ki, əgər erməni əsillilər Laçın dəhizindən istifadə edirlərsə, deməli, Azərbaycan tərəfi də Zəngəzur dəhlizindən istifadə etməlidir və əgər həmin dəhliz də adekvat olaraq bağlı olmuş olsaydı Azərbaycanın erməni əhalisi yaşayan Qarabağ bölgəsi ilə əlaqələri tamamilə kəsilərdi. Bu isə heç də onlar üçün arzuolunan hal deyil, halbuki Azərbaycan tərəfi bu addımı atmır.

Azərbaycan sülhün və təhlükəsizliyin təmin oluması istiqamətində bir-birinin ardınca addımlar atdığı halda, Ermənistan tərəfi sülh gündəliyini əngəlləyən hərəkətlərə yol verir. Dəfələrlə vurğulanıb ki, ölkəmizin ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşları hesab olunurlar və onların hüquqları, təhlükəsizlikləri də ölkəmiz tərəfindən təmin olunacaq. Bütün bunların müqabilində hələ də həmin ərazilərimizdə yaşayan ermənilər daim qıcıq doğuran müxtəlif addımlara təhrik edilir və hətta rəsmi İrəvan həmin ərazilərdə yaşayan ermənilərə xüsusi status verilməsi iddiası ilə çıxış edir. Azərbaycan ərazisində yaşayan erməni əhalisinin hüquqları, təhlükəsizliyi beynəlxalq görüşlərdə belə vurğulansa da, Ermənistan tərəfi ermənilərə xüsusi status verilməsi məsələsini gündəmə daşımağa çalışır. Bu isə sözügedən gündəliyi, sülh gündəliyinisülh gündəliyini əngəlləmək deməkdir.

Xatırladığımız kimi, 1991-ci ilin sonlarında Azərbaycan parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti qurumu ləğv edilib və ölkə rəhbəri də bunu dəfələrlə qarşı tərəfin, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Artıq bu reallığı qəbul etmək əvəzinə müxtəlif bəhanələrə əl atmaq özü də hüquqi məsələlərə etinasızlıq, həm də sülh prosesinə mane olmaq kimi görünür və bu da qəbuledilməzdir. Bütün bu reallıqlar qarşıdurmalara səbəb olan faktlardır, amma Vətən müharibəsində sarsıdıcı zərbə alan, cəmisi 44 gün ərzində diz çökən Ermənistan tərəfinin bunu nəzərə aldığı da şübhə doğurmur və əlbəttə ki, ermənilər bu hadisələrdən nəticə çıxarmaq məcburiyyətindədirlər.

Bəzən Ermənistan tərəfi məsələni uzatmaq, sülh prosesinə mane olmaq üçün ATƏT-in Minsk Qrupu barədə, bu qurumun məsələyə qarışması barədə də sərsəm fikirlər səsləndirir. Halbuki, ATƏT-in Minsk Qrupu artıq keçmişdə qalan qondarma “Dağlıq Qarabağ” münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmışdı və artıq belə bir münaqişə, belə bir məsələ yoxdur. Deməli, bu qurumun adının belə çəkilməsi məsələni, sülh gündəliyini ləngitməyə hesablanıb və yenə də Ermənistanın məkrli oyunlar oynadığını göstərir.

Hər bir halda bütün dünya ictimaiyyəti Azərbaycanın sülh tərəfdarı olduğunun fərqindədir. Qeyd etdiyimiz kimi, Azərbaycan tərəfi qalib tərəf olmasının fonunda yenə də sülh təklifləri ilə çıxış edirsə, bunu bütün dünya qiymətləndirməlidir. İndi bütün dünya bilməlidir ki, sülh Azərbaycandan da çox Ermənistanın özünə lazımdır və özünü acınacaqlı duruma salan bu ölkənin başqa çıxış yolu da yoxdur, çünki tənəzzül içərisində olan bir ölkədə alternativ variantdan söhbət belə gedə bilməz. Əksinə, Azərbaycan hər zamankı kimi qüdrətli, qüvvətli, hər sahədə potensialları artan ölkədir və belə olduğu halda yenə də sülhün tərəfdarıdır. Azərbaycan cəmi 44 gün ərzində Ermənistanı, onun hərbisini çökdürən bir ölkədir və bu gün qarşıdurma yarandığı təqdirdə yox həddində olan bir ölkəni bir neçə günə tamamilə yox etmək heç də çətin deyil. Belə bir vəziyyətdə ölkəmizin sülh gündəliyi təklif etməsi bölgədə təhlükəsizliyin təminatına Azərbaycanın tövhəsidir.

Müəllif: İnam Hacıyevскачать dle 10.6фильмы бесплатно


35

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.