• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rafael Hüseynov Avropa Şurasını və avropalı parlamentariləri ikili standartlara son qoymağa çağırıb

21-06-2022, 12:30 | Baxılıb: 28
“Rafael Hüseynov Avropa Şurasını və avropalı parlamentariləri ikili standartlara son qoymağa çağırıb

Pandemiya heyrətli gücü ilə qarşısının alınması çox çətin olan qanunsuz narkotik dövriyyəsinə də mane oldu, terrorizmin irəliləyişinə əngəl törətdi, hətta başqa ölkənin ərazilərini zəbt etmək istəyən işğalçıların niyyətlərini də müəyyən zaman çərçivəsində dayandırdı, separatçıları susdurdu. Hər kəsə sübut etdi ki, dünyada insan həyatından ali dəyər yoxdur. Çox şeyə qalib gəldi, ancaq üstün gələ bilmədiyi bir şey oldu – ikili standartlar. Hətta bəşəriyyət ölüm təhlükəsi ilə üzləşdiyi vaxtda da bu bəd xislətdən can qurtara bilmədi. Adicə koronovirusa qarşı peyvəndi bölüşdürmək məsələsinin həllində ikili standartlar bütün qabalığı ilə yenə özünü göstərdi.

Diaspor info xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun yay sessiyasının ilk plenar iclasında Daimi Komitə və Büronun fəaliyyətinə dair hesabatlarla bağlı müzakirələrdə deyib. O, ötən çətin iki illik dövrdən siyasi nəticələr çıxarmağın vacibliyinə toxunub.

“Zənnimcə, olub-keçənlərdən dərs almaq çox vacibdir. Son iki ilin təcrübəsini yaşayandan sonra nəticə çıxaraq və ən azı iki həqiqətin uğrunda mübarizələrdə daha ardıcıl, daha prinsipial mövqe tutaq.

İnsanları məhrumiyyətlərə, acılara, ölümlərə düçar edənlərə, fəlakətlərə sürüyənlərə qarşı mübarizələrdə əvvəlkindən daha yekdil, daha qətiyyətli, daha güzəştsiz olaq və ən mühümü – hətta pandemiyadan da pis mənada güclü olmağı bacarmış ikili standartlara qarşı bundan sonra bir az da barışmaz olaq”,-deyə azərbaycanlı deputat avropalı həmkarlarını ikili standartlara son qoymağa çağırıb.

Qeyd edib ki, hər yaşanmış dövrün, keçilmiş mərhələnin dəyələndirilməsinə ehtiyac var. Pandemiya demokratiyadan, insan haqlarından güclü ola bildiyini, hamını asanlıqla öz iradəsinə tabe etməyə qadir olduğunu göstərdi. Müəyyən qadağalar tətbiq olundu, bu qadağalar müzakirələrsiz, etirazsız qəbul olundu. Virusa qalib gəldik İnsanlar bu gün anlayırlar ki, pandemiyadan əvvəl xoşbəxt həyat olub.

“Gəlin virusun kökünü kəsməyə çalışdığımız kimi, Avropa Şurasındakı köhnə xəstəlik olan ikili standartlar məsələsinə də son qoymaq istiqamətində də çalışaq”,-deyə R. Hüseynov bildirib.скачать dle 10.6фильмы бесплатно


28

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.