"Azərbaycanın həm İsrail, həm Xorvatiya ilə münasibətləri çox yaxşı səviyyəyədədir". Bu fikirləri Diaspor info-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.
Onun sözlərinə görə, İsrail Azərbaycanın strateji tərəfdaşıdır və az sayda olan müsəlman ölkələrindəndir ki, Azərbaycan İsraillə belə yüksək əlaqələrə malikdir: "İsraillə yaxın münasibətlərin qurulması Azərbaycanın strateji maraqlarına tam cavab verir. Eyni zamanda Avropa dövləti olan Xorvatiya ilə də Azərbaycanın qarşılıqlı iqtisadi maraqlara söykənən münasibətləri vardır. Bu gün Azərbaycan Avropa İttifaqının ən etibarlı iqtisadi tərəfdaşlarındandır. Dövlət başçısının yürütdüyü siyasət dünyanın aparıcı inkişaf etmiş ölkələrinin Azərbaycanla xoş və inkişafa yönələn münasibət qurmasına yol açmışdır. Bu isə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Məhz bu illər ərzində aparılan siyasət nəticəsində Azərbaycanın haqlı mövqeyinə dünyada dəstəyi daha da artırmışdır. Bu eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın daha çox dövlətlər tərəfindən dəstək almasına səbəb olmuşdur".
Müəllif: Abutel İlhamqızı
156