• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qarabağ erməniləri Hərəkatının rəhbəri sülhdən danışdı! ŞOK AÇIQLAMA!

24-06-2022, 13:30 | Baxılıb: 38
“Qarabağ erməniləri Hərəkatının rəhbəri sülhdən danışdı! ŞOK AÇIQLAMA!

Qarabağ erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov: “Zəngəzur dəhlizi nə qədər tez açılsa bir o qədər də Ermənistan vətəndaşları, həmçinin Azərbaycan vətəndaşları hesab edilən Qarabağ erməniləri üçün yaxşı olacaq”

Məlum olduğu kimi, 16-18 iyun tarixlərində Bakıda, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Qlobal Bakı Forumunda geniş xarakterli nitqi zamanı dövlətimizin başçısı bir sıra mühüm aspektləri əhatə edən məsələlərə toxundu və qeyd etdi ki, dünyadakı yeni yanaşmalardan bəhs edərkən ötən ilin noyabrında Gülüstan sarayında keçirilən görüşdən sonra biz dünyadakı dəyişiklikləri aydın şəkildə görməkdəyik. “Dəyişiklər fundamendaldır”, deyə vurğulayan ölkə başçımız baş verən hadisələr haqqında proqnozların verilməsinin hələ ki, mümkün olmadığını deyib və bəyan edib ki, bundan sonra dünyanın başqa cür olacağı indidən aydın görünməkdədir.

Diaspor info xəbər verir ki, mövzu ilə bağlı Qarabağ erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov “İnrefax-Azerbaydjan”a maraqdoğurucu münasibətini açıqlayıb və o ilk növbədə bildirib ki, qlobal beynəlxalq tədbirdə Ermənistan nümayəndələri iştirak etməyiblər. “Hansı ki, onlar (Ermənistan nümayəndələri) Forumda bir çox maraqlı və səmərəli məsələləri eşidə bilərdilər, belə ki, Bakı Forumunda 53 ölkənin 400 nümayəndəsi, o cümlədən,bir sıra ölkələrin fəaliyyətdə olan dövlət və hökumət rəhbərləri, eks-prezidentləri və eks-baş nazirləri iştirak ediblər”, Ağacanov bildirib.

Qarabağ erməniləri Hərəkatının rəhbəri qeyd edib ki, həmin vaxt Azərbaycanın, Ermənistanın və Rusiyanın baş nazirlərinin müavinləri Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə işçi qrupunun həmsədrləri çərçivəsində 25-ci Peterburq beynəlxalq iqtisadi forumunda iştirak ediblər. “Üçtərəfli işçi qrup çərçivəsində Ermənistan və Azərbaycan nümayəndələrinin danışıqları asan deyil. Lakin biz bu görüşlərdə pozitivlikləri görməkdəyik. Proses gedir. Erməni xalqı anlamalı və nəticə çıxarmalıdır. Zəngəzur dəhlizi nə qədər tez açılsa bir o qədər də Ermənistan vətəndaşları, həmçinin Azərbaycan vətəndaşları hesab edilən Qarabağ erməniləri üçün yaxşı olacaq”, Ağacanov deyib.

O, əlavə edib ki, hər bir erməni harada yaşamasından asılı olmayaraq sülh və Ermənistanın çiçəklənməsini istəyir. “Lakin buna yalnız Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq sayəsində nail olmaq olar, başqa variant isə sadəcə yoxdur”, Qarabağ erməniləri Hərəkatının rəhbəri bildirib.

Rövşən RƏSULOVскачать dle 10.6фильмы бесплатно


38

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO
Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ
Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb
Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH
Dünya əhalisinin sayı 8 milyardı ötüb
Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO

Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb

Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH

Dünya əhalisinin sayı 8 milyardı ötüb

Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

Çin Tayvan boğazında təlimləri bərpa edir

İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədə qərarlaşıb

“Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir” - Kamaləddin Qafarov

I və IV qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.