“Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərimizə hər dəfə səfər etməsi təbii ki, qürurvericidir və düşmənlərimizin hər birinə bir mesajdır”. Bu fikirləri Diaspor info-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Onun sözlərinə görə, bu həm də xalqımıza bir mesajdır ki, biz bu bölgəyə yeni nəfəs, yeni həyat gətirmişik və quruculuq işlərinə davam edirik: "Cənab Prezidentin Kəlbəcər səfəri və bu səfər çərçivəsində gördüyü işlər, təməlqoyma mərasimləri, açılışlar olduqca ictimai-siyasi məna daşıyan mövzulardır. Ölkə başçısı "İşğal" və "Zəfər" muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməlqoyma prosesində iştirak edib. Bu düşmənlərimizə və onların havadarlarına bir mesajdır ki, Kəlbəcər Azərbaycanın gözəl güşələrindən biridir. O cümlədən bu ərazilərdə təməli qoyulan hər bir obyekt insanların gələcəyinə, onların yaşayışına, istirahətinə, məskunlaşmasına xidmət edən amildir. Bilirsiniz ki, Kəlbəcərə getmək çox çətin idi. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə bu əraziyə yeni yolun, tunellərin çəkilməsi ilə bağlı göstərişlər verilmişdir. Bu işi dövlət orqanları çox uğurla davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərişıq” ASC bu istiqamətdə saysız-hesabsız işlər görmüşdür. Bu istiqamətdə işlər son sürəti ilə davam edir və düşünürəm ki, yaxın zamanda xalqımız öz ata-baba yurduna qayıdacaq.
Cənab Prezidentin bu səfərləri bizə ilham verməklə yanaşı həm də düşmənlərimizə verilən gözdağıdır. Ölkə başçısı bunu çox ustalıqla, diplomatik yolla nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə qurucuuq-bərpa işlərinin aparılmasına xüsusi diqqət verilir. Bu torpaqlar bizim əzəli torpaqlarımızdır, bu ərazilərin bərpası bizim borcumuzdur".
Müəllif: Abutel İlhamqızı
154