“Mötəbər tədbirlərə ev sahibliyi edən və böyük təcrübəyə malik olan ölkəmiz qazandığı müsbət təcrübəsi ilə gələcəkdə yüksək səviyyədə Ümumdünya Şəhər Forumunun keçirilməsinə tam hazırdır”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, bildiyimiz kimi bugünlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında çıxış etmişdir: “Onun hər zaman olduğu kimi bu çıxışında da irəli sürdüyü təkliflər və səsləndirdiyi mesajlar iştirakçıların çox böyük diqqətini çəkdi. Cənab Prezidentin toxunmuş olduğu hər bir məqam sessiyanın diqqət mərkəzinə çevrildi.
Qeyd etmək lazımdır ki, bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 ili tamam olur. Ötən dövr ərzində Azərbaycanın BMT ilə əlaqələri bütün sahələrdə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə hər tərəfli əməkdaşlıq qurulub. Bununla bərabər ölkəmizin ayrıca olaraq BMT-nin ixtisaslaşmış qurumları ilə də faydalı əməkdaşlığa malikdir. Bu mənada Respublikamız bütün bu ixtisaslaşmış qurumlarla fəaliyyəti siyasi, iqtisadi, sosial, humanitar, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirir.
Respublikamıza xüsusilə də Dövlət Başçısına böyük etimadın nəticəsidir ki, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilata qeyri- daimi üzv seçilmişdir. Möhtərəm Prezidentimiz öz bəyanatında bu tarixi və əlamətdar hadisəni haqqında: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir” deyərək yüksək qiymətləndirmişdir”.
Deputat sözlərinə belə davam edib: “Ümumiyyətlə, Azərbaycan beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olub. Terrorun, münaqişələrin qarşısının alınması, sülh və təhlükəsizlik məsələsində ölkəmiz daim BMT-nin norma və prinsiplərinə sadiqliyini nümayiş etdirib. Məhz bu səbəbdən də Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş tədbir də mühüm əhəmiyyət kəsb edirdi. Sessiya çərçivəsində müzakirə olunan məsələlər və qəbul olunan qərarlar, eyni zamanda, BMT nümayəndələrinin Şuşada erməni vandallarının mənfur əməlləri barəsində canlı məlumat alması Azərbaycanın haqlı mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Tarixi düşmənimiz 30 il ərzində işğal altında saxladığı ərazilərdə törətdiyi vəhşilik və dağıdıcı əməlləri ilə şəhər və kəndlərin bütün infrastrukturları vandalcasına məhv edibdir.
Fəxrlə deməliyik ki, bütün bunlara baxmayaraq, bu gün Azərbaycan öz daxili imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə uğurla infrastruktur layihələri həyata keçirir və ən qısa zamanda “Qafqazın Xirosiması” adlanan Ağdamda, eləcə də digər ərazilərdə həyat yenidən canlanacaq. İnşallah əminik ki, tezliklə ağdamlılar öz doğma yurd yuvalarına qayıdacaqlar. Təcavüzkar Ermənistan Vətənimizin işğal etdiyi torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, çoxəsrlik tarixə malik mədəni və dini abidələrimizi talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib.Bildiyimiz kimi Qarabağ ərazisində ötən otuz ildə 9 şəhər və yüzlərlə kənd dünya xəritəsindən, yer üzündən silinib. Dünya mediasinda da verildiyi kimi, Ağdam şəhərinin vəhşicəsinə dağıdılması xarici ekspertlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılıb. 44 günlük Vətən müharibəsi dövründə işğaldan azad olunan Füzuli şəhərində Azərbaycan Ordusunun bayrağımızı dalğalandırması üçün bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olaraq və dağıntıların miqyasını qeyd edərək sənədləşdiriblər.
Qeyd etmək istərdim ki, Sessiyanın əhəmiyyəti ondan ibarətdir ki, işğaldan azad olunan ərazilərdə Dayanıqlı İnkişaf Məqsədlərinə və müasir dövrün çağırışlarına uyğun addımlar atılır. 17 məqsəd və 189 hədəfdən ibarət olan Dayanıqlı İnkişaf Məqsədlərində əsas hədəflərdən biri də yerli sakinlər və məskunlaşmadır. Yerli sakinlərin inklüziv, təhlükəsiz yaşaması ilə yanaşı, onların davamlı məşğuliyyətinin təmin olunması prioritet məsələdir. Bugün Azərbaycanın işğaldan azad olunan ərazilərində buna xüsusi diqqət yetirilir. Müasir dövrün tələbi olan dayanıqlı şəhər və kəndlərin inşası sözsüz ki, bölgənin inkişafı ilə yanaşı, həm də bölgədə yeni ab-havanın yaranmasına gətirib çıxaracaq.
Qürurla deyə bilərik ki, işğaldan azad olunmuş bölhələrdə şəhərsalmanın həyata keçirilməsi prosesində şğaldan azad edilmiş ərazilərdə şəhərsalma prosesinə UN-HABITAT-ın ekspertlərinin də cəlb edilməsini önəmli hesab edir. Möhtərəm Prezidentimiz bütövlükdə işğaldan azad edilmiş bütün ərazilərdə ən yüksək dünya standartlarına cavab verən infrastruktur layihələr həyata keçirilir. Ağıllı kəndlərin və Yaşıl ünerji kimi layihələrini buna nümunə deyə bilərik. Qeyd etmək istərdim ki, ölkəmizdə bu layihələri həyata keçirən şirkətlərin kifayət qədər təcrübəsi var.
Cənab İlham Əliyev çıxışında əminliklə bu il Azərbaycan ilə UN-HABITAT arasında Azərbaycanda, Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsinin də hazırda müzakirə edildiyini bildirərək, Azərbaycanın Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etməyə hazır olduğunu dedi”.
Ayşən Vəli
150