Prezident cənab İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısı nitqində bir sıra vacib məqamlara toxunmuşdur”. Bu fikirləri Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
Onun sözlərinə görə, ölkədə 6 ay ərzində əldə olunmuş nəaliyyətlər, iqtisadi göstəricilər, Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti, dünyada baş verən hadisələr fonunda ölkəmizin artan nüfuzu, beynəlxalq aləmdə Azərbaycanın layiqli yer tutması, Azərbaycan ordu quruculuğunun ən müasir standartlara uyğunlaşdırılması, post-müharibə dövründə şəhid ailə üzvlərinə, müharibə iştirakçılarına dövlət dəstəyinin göstərilməsi, Azərbaycanın həm region, həm qonşu ölkələrlə, həmçinin dünya ölkələri ilə münasibətləri və bir sıra məsələlərin fonunda bir çox məqamlara toxunuldu: “Xüsusi qeyd edim ki, Azərbaycan-Ermənistan arasında bu gün mövcud vəziyyətlə bağlı Azərbaycan yenə də konstruktiv mövqe nümayiş etdirir. Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində bir çox addımlar atmışdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi çox təəssüf ki, Ermənistan tərəfindən real nəticələr gösünmür. Vətən müharibəsinin bitməsindən xeyli vaxt keçib amma hələ də Ermənistan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyib. Ölkə başçısı delimitasiya üzrə işçi qrupunun birinci görüşündən də bəhs etdi. Ölkə başçısı qeyd etdi ki, biz biz bunu müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir.
Bir sıra məsələlər var ki, Ermənistan bu gün də onların icrasından imtina edir.
Azərbaycan hər zaman bütün öhdəlikləri yerinə yetimişdir. Ermənistan yenidən status məsələləsini gündəmə gətirmək istəyir. Lakin kapitulyasiya aktı imzalanan zaman Ermənistan status məsələsinə toxunmayacağını vurğulamışdı. Müharibə bitdikdən sonra Ermənistan buna əməl edirdi. Amma son zamanlar bu məsələni yenidən qabartmağa çalışırlar. Bu Ermənistan üçün təhlükəli bir vəziyyət yaradır. Eyni zamanda bu məsələ ATƏT-in Minsk qrupuna da aiddir. 28 il heç bir nəticə verməyən bu qrupun lazımsız bir qrup olduğu vurğulanıb. Ölkə Prezidenti bu çıxışında Ermənistana bir daha ciddi mesajlar verdi. Ermənistan artıq bundan bir nəticə çıxarmalıdır. Əks təqdirdə Azərbaycan həm qalib tərəf olaraq, həm də bütün hüquqi öhtəlikləri yerinə yetirən bir dövlət olaraq Ermənistana növbəti layiqli cavabını verəcək”.
Deputat həmçinin qeyd etdi ki, ölkə başçısı müşavirədə müharibə zamanı yaralanmış qazilərimizin və şəhid ailələrinin sosial problemlərindən də söhbət açdı: “Dövlət başçısı bildirdi ki, onları narahat edən problemlər daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Bu sahədə çox böyük işlər görülmüşdür. Qazilərimiz ən müasir protezlərlə təmin olunmuş, şəhid ailə üzvləri və qazilər mənzillərlə təmin olunub. Bütün bunlar dövlətimizin onlara göstərdiyi qayğının bariz nümunəsidir”.
Müəllif: Abutel İlhamqızı
194