”Bu gün ölkə Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə görüşü baş tutdu. Həm ikitərəfli, həm geniş tərkibli görüş dövlətimiz və region üçün mühüm əhəmiyyət kəsb edir”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan-Avropa tərəfdaşlıq sazişi çərçivəsində də çox əhəmiyyətli lahiyələr həyata keçirdir: “Bu gün Avropa ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq əhəmiyyətli rol oynayır. İki tərəfli görüşdə Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin dilə gətirdiyi ifadələr ümumilikdə gələcəkdəko tərəfdaşlığa, əməkdaşlığa dair əhəmiyyətli mesajları özündə ehtiva edir. Görüşdə Prezident İlham Əliyevin də söylədiyi kimi Azərbaycanın Avropa İttifaqı ilə siyasi əlaqələr çox möhkəmdir və bu əlaqələr getdikcə güclənir. Bu gün Azərbaycan Avropa İttifaqı ilə istər iqtisadi, istər siyasi, istərsə də təhsil sahəsində əməkdaşlığı həyata keçirir. Bu əməkdaşlıq layihələr həm dövlət üçün, həm də region üçün, ümumilikdə bütün dünya üçün əhəmiyyətli perspektivlərdən xəbər verir. Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında baş tutan görüş Azərbaycanın artan nüfuzunun nümunəsi kimi və növbəti uğuru kimi qiymətləndirilməlidir”.
Arzu Qurbanlı
238