XORVATİYADA AZƏRBAYCAN GÜLƏŞÇİSİ FƏRHAD SÜLEYMANLI ANDRANİKİ MEDALA HƏSRƏT QOYDU.
MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSUNUN GƏLƏCƏK ƏSGƏRİ ERMƏNİ RƏQİBİNİ TATAMİYƏ ÇIXMAĞA PEŞİMAN ETDİ.
Məlum olduğu kimi Xorvatiyanın Zaqreb şəhərində 16-19 iyul 2022-ci il tarixində keçirilən “U-15” sərbəst güləş üzrə Avropa çempionatında həmyerlimiz Süleymanlı Fərhad erməni güləşçisiylə üz-üzə gəlib. Fərhad Süleymanlı bu görüşə sadəcə idmançı kimi deyil, həm də, Azrbaycan kişisi və əsgəri kimi qatılıb.
O, bunun nə qədər məsuliyyətli olduğunu dərk edərək, bütün gücüylə əsl Azərbaycan oğlunun, əsgərinin necə olmasını qarşı tərəfə bir daha sübut edib. Fərhad çox yaxşı bilirdi ki, bu yarışı uduzsaydı, düşmən nə qədər sevinəcəkdi. Odur ki, təkcə güclü güləşçi kimi deyil, həm də, güclü Azərbaycan kişisi, qalib ölkənin idmançısı kimi tatamiyə qalxıb.
Gərgin keçən yarışda həmyerlimiz Fərhad Süleymanlı erməni güləşçisi Andranik Jagetyana 8:-6 hesabı ilə qalib gələrək, bürünc medal qazanıb. Belə bir həssas dönəmdə, adı əfsanələrdəki qəhrəman adı olan, güləşçi Fərhadın erməni rəqibindən açıq-aşkar üstün olması və tatami üzərində onu məyus etməsi təqdirəlayiq haldır. Fərhad bir daha Azərbaycan Respublikası Prezidentinin dediyi “Dəmir Yumruq” məsələsini qarşı tərəfə fiziki gücüylə göstərdi. Ancaq bu dəfə fiziki gücümüzü tatami üzərində göstərdi.
Həmyerlimizi bu möhtəşəm qələbə münasibəti ilə ürəkdən təbrik edirik. Fərhad Süleymanlının Xorvatiyanın Zaqreb şəhərində erməni rəqibinə qarşı necə güləşdiyini isə videoda izləyə bilərsiniz.
Əlmaniz Ələkbərli
Baş redaktor.
667