"Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin 6 ayının yekunlarına dair müşavirə keçirildi. Müşavirə olduqca önəmli bəyanatlarla yadda qaldı". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, Prezident qeyd etdi ki, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr yerinə yetirilir və bu istiqamət üzrə inkişaf tendensiyaları var: "Azərbaycanın nüfuzu artır. Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyini 2023-cü ilə qədər təsdiqləyib. 120 dövlətlə aparılan faydalı iş öz səmərəsini verib. Azərbaycan öz sözünün üstündədir. Azərbaycan oronavirusla bağlı böyük mübarizə aparır. Bundan əlavə olaraq Qoşulmama Hərəkatının intitusional quruluşunda da Azərbaycanın təklifi ilə böyük irəliləyiş olub. İlk dəfə olaraq Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradıldı. Azərbaycanın beynəlxalq nüfuzunun artması göz qabağındadır. Eyni zamanda Prezident həmçinin müşavirədə quruculuq işlərindən də danışdı. Bu gün Azərbaycanın energetikasına çox ciddi maraq var. Dövlət başçısı qeyd etdi ki, Xəzər dənizinin böyük potensialı var və bu potensialdan istifadə etmək üçün çox böyük potensial var. Ölkə başçısı çıxışı zamanı həmçinin qeyd etdi ki, əvvəl əkilməmiş 100 min hektardan çox sahə kinə cəlb olunacaq. Qarabağda çox intensiv işlər gedir. Prezident bildirdi ki, Rusiya-Ukrayna müharibəsi fonunda müəyyən ərzaq səfirlikləri yaranıb. Azərbaycan da həmçinin bu sahədə öz ciddi tədbirlərini görür. Müşavirədə korrupsiyaya qarşı mübarizə ciddi şəkildə qeyd edildi. Düşünürəm ki, cari ilin 6 ayının yükunlarına dair keçirilən müşavirə mühüm məqamlarla yadda qaldı".
Arzu Qurbanlı
136