BALAKƏNDƏ ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏT YÜKSƏK SƏVİYYƏDƏDİR.
Azərbaycan Respublikasının Prezidenti bir neçə rayona yeni icra başçıları təyin etdikdən sonra, onları qəbul edən zaman bir məqama xüsusi toxundu:”Şəhid ailələrinə diqqət və qayğı göstərilməli, onların sosial problemləri həll edilməlidir”
Cənab Prezidentin bu sözləri xüsusi vurğulaması çoxlarına dərs oldu. Bir çox rayonlarımız vardır ki, orada Şəhid ailələri və qazilərimizə yetərincə diqqət göstərilmir, odur ki, sosial şəbəkələrdə neqativ hallarla bol olan videolar paylaşılır.
Balakən rayon polis şöbəsinin Şəhid ailələrinə, qazilərimizə, “Vətən Müharibəsi” iştirakçılarına göstərdiyi diqqət və qayğısı isə onu deməyə əsas verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları Prezident İlham Əliyevin tapşırıqlarına daha ciddi və məsuliyyətlə yanaşırlar. Müşahidələrimizə əsasən geridə qalan Milli və dini bayramlarımız, Polis günü vəs. bu kimi əlamətdar günlərdə Balakən rayon polis şöbəsinin rəisi Çingiz Aslanov başda olmaqla, onun müavini Elxan Zamanov və Balakən RPŞ-si, YPX-nin rəisi İlkin Hümbətov Şəhid ailələri və qazilərimizlə bir arada olurlar. Və çox vaxt belə günlərdə ürəyi niskilli Şəhid analarını elə öz evlərindəcə təbrik edirlər. Əslində Şəhid anaları, Şəhidin ailəsinin diqqətə ehtiyacı vardır, odur ki, onlar da, bu diqqəti çox yüksək dəyərləndirirlər.
Ümumiyyətlə Balakən rayon polis şöbəsi, başda rəis Çingiz Aslanov olmaqla Azərbaycan dövlətinə, dövlətçiliyimizə, Daxili İşlər Nazirliyinə daha sədaqətlə xidmət edirlər desək, yanılmarıq. Hər halda bunu bölgədə yaşayan və işləyən bir ziyalı kimi özümüz görürük.
Heç kimə sirr deyil ki, Daxili İşlər Naziri Vilayət Eyvazov narkotiklərə qarşı mübarizədə çox amansızdır. Biz bunu Balakən rayonunun timsalında da, açıq-aydın görürük. Belə ki, Balakən RPŞ-nin son bir neçə ayda bu sahədə keçirdiyi uğurlu əməliyyatlar bunu deməyə bizə əsas verir.
Hesab edirik ki, bütün bu uğurlu işlərə nail olmaq üçün böyük bir komanda çalışmalıdır. Dövlət və dövlətçiliyimizə sədaqətlə xidmət edən Asayiş keşikçilərindən ibarət sözügedən böyük komandaya isə Daxili İşlər Naziri Vilayət Eyvazov cənabları rəhbərlik edir. Cənab nazirin rəhbərlik etdiyi komandaya sədaqətlə xidmət edən Balakən RPŞ-nin rəisi Çingiz Aslanov və onun kollektivi bütün gücü və məsuliyyəti ilə qüsursuz xidmət edirlər. Kənardan diqqətlə baxıb, müşahidə edərkən onların buna nail olduqlarını görürsən.
Bu gün Balakən rayon Qabaxçöl qəsəbəsində asayiş keşikçiləri üçün inzibati bina da, tikilir.
Balakən rayon polis işçiləri Dövlət tədbirlərində təkcə asayişi qorumurlar, həm də, tədbirin bilavasitə təşkilatçısına çevrilirlər. Bax bu artıq peşəkarlıqdan, öz işinə olan sevgidən və ciddi yanaşmadan irəli gəlir.
Bu gün tam əminliklə demək olar ki, Balakən polisi öz nazirliklərinə və cənab nazirə, dövlət və dövlətçiliyə sədaqətlərini əməli işləri ilə sübut edirlər.
Baş Redaktor.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
500