“Taxıl daşınması sazişi” çərçivəsində qarğıdalı yüklü ilk gəmi Livana getmək üçün Ukraynanın Odessa limanından yola düşüb.
Bu barədə Diaspor info-ya Türkiyə mediasına istinadən xəbər verir.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən bu barədə daha əvvəl məlumat yayılmışdı.
Xatırladaq ki, Türkiyə, Rusiya, Ukrayna və BMT arasında iyulun 22-də İstalbulda imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarında təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, taxıl daşınacaq. Ukrayna taxılı ilə yanaşı Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan mane aradan qaldırılacaq.
200