VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI-QÜRUR YERİMİZ İSMAYIL SƏMƏDOVUN DOĞUM GÜNÜDÜR.
XTQ KAPİTANI ƏFSANƏVİ “LEOPARD” LƏQƏBLİ İSMAYIL MƏHƏMMƏD OĞLU SƏMƏDOV BÖYÜK İZDİHAMLA ANILDI.
Zaqatala rayon Lahıc kəndində 32 il əvvəl İsmayıl adlı bir oğlan uşağı dünyaya gəldi. Məhəmməd kişi və Həlimət xanımın iki oğul, bir qız övladı böyüyürdü. İsmayıl uşaqlıqdan müharibədən bəhs edən, döyüş səhnələri, qəhrəmanlıq nümunələri ilə bol səhnələri olan filmləri daha çox sevirdi. Onun ən çox sevdiyi film isə “Mixaylo” filmi idi. Sovet ittifaqı qəhrəmanı Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edən film balaca İsmayılın böyüyəndə qəhrəman olmağına stimul verirdi. Əslində
[/center]
Qəhrəman olmaq üçün Qəhrəman doğulmaq lazımdır. İsmayıl, elə Qəhrəman olmaq üçün doğulmuşdur və Qəhrəman olaraq şəhidlik zirvəsinə ucaldı.
Zaqatala rayon Lahıc kənd qəbirstanlığında, qəhrəman şəhidimizin məzarı başında təşkil olunan tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə başda olmaqla bütün hüquq-mühafizə orqanlarının rayon şöbələrinin rəhbərləri və rayon ziyalıları da, iştirak edirdi. Kənd ictimaiyyəti, məktəblilər və mətbuat işçilərinin də, qatıldığı tədbirdə əvvəlcə “Qurani Kərimdən” dualar oxunaraq, şəhidin ata-anasına və həyat yoldaşına baş sağlığı verdilər. Daha sonra Lahıc kənd tam orta məktəbinin hərbi müəllimi və onun şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə tədbir iştirakçılarını duyğulandırdılar. Vətən Müharibəsi
Səmədovun son döyüşündə yanında olan XTQ –nin əməkdaşları da, tədbirə qatılmışdılar. Yenə də, insan izdihamı hökm sürürdü. XTQ-nin bir əməkdaşı (hazırda xidmətdə olduğuna görə adını yazmırıq) çıxış edərək, İsmayılın qəhrəmanlığından danışdı. Və İsmayıl kimi qəhrəman şəhidlərimiz olmazdısa biz bu torpaqlarda rahat gəzə bilməzdik dedi.
Yazıçı-jurnalist kimi XTQ-nin kapitanı Vətən Müharibəsi Qəhrəmanı Şəhid İsmayıl Səmədovun döyüş yoldaşı ilə ayrıca söhbət etdim. Məni əsas maraqlandıran onun hansı şəraitdə şəhidlik zirvəsinə ucalması barəsində ətraflı məlumat almaq idi. İsmayılın döyüş yoldaşı son səhnəni mənə belə izah etdi:-biz verilən tapşırığı yerinə yetirdik, sonra daha da irəli getmək tapşırığı almışdıq. Düşmənin arxasına keçib onların gəlişini gözləyirdik. Onlar bir tərəfi demyə əkin sahələri olan (taxıl sahəsi) digər tərəfi isə meşəlik olan bir yolla gəlirdilər.
Düşmən maşınlarında yüzlərlə şəxsi heyətin olduğunu bilirdik. Biz onları qarşılayaraq, böyük bir hissəsini məhv etsək də, bir maşın içərisi dolu hərbiçi ilə yol kənarındakı çaya tərəf gedərək dayandı və dərhal maşından düşüb qaçdılar. İsmayıl əmr verdi ki, onların qaçmasına imkan verməmək üçün mühasirəyə almalıyıq. Biz çətinliklə də olsa, həm çayın digər tərəfindən, həm də meşəlik tərəfdən onları mühasirəyə aldıq. Düşmən dayanmadan iri çaplı silahlardan bizə atəş açırdı. Biz biçilmiş taxıl sahəsiylə sürünə-sürünə düşmənə xeyli yaxınlaşdıq. Onlar quru samanla dolu olan sahəni yandırdılar və biz üzərimizə gələn alovu elə sakitcə ram etdik ki,
düşmən bizim daha da, yaxınlaşdığımızı hiss etmədi. Biz ilk fürsətdəcə yenə də, düşmənin bir neçə hərbiçisini yerində məhv etdik. İsmayıl digər tərəfə keçmək üçün sürətlə qaçan vaxtı onu başının arxa nahiyyəsindən vurdular. Ancaq bu ölümcül yara deyildi, mən dedim ki, komandir sən əyləş və başının qanını saxlayaq. İsmayıl bir neçə dəqiqə səssiz oturdu və bizə tapşırığını verirdi. Döyüş yoldaşımız görsənən iki ermənini məhv etmək üçün onlara yaxınlaşdı və onları məhv etdi. Bu zaman məlum oldu ki, onun arxasında, təxminən iki metrliyində böyük bir çala var və düşmənin xeyli şəxsi heyyəti həmin çalada gizlənib. Həmin çalada gizlənənlərdən biri bizim döyüşçümüzü silahla vurdu. Bu vaxtı İsmayıl ayağa qalxaraq, əlindəki Pulemyotla atəş aça-aça düşmənlərin üzərinə şığadı. Əlbəttə ki, İsmayıl xeyli sayda düşməni məhv edərək həmin dərəyə də, yuvarlatdı. Bu dəfə düşmənin açdığı atəş nəticəsində İsmayıl başından vuruldu və qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Əslində XTQ-nin əməkdaşı ilə söhbət edərkən sanki bir amerikan filmi haqqında danışırdıq. İsmayıl başından yaralı olmasına baxmayaraq, nəinki döyüş meydanını tərk etməyib, hətta filmlərdə olduğu kimi ayağa qalxaraq, düşmənin xeyli sayda şəxsi heyyətini məhv etməklə onların üzərinə şığayıb. Bəli, bax bu əsil qəhrəmanlıq nümunəsidir. Mehdi Hüseyn, Həzi Aslanov, Mübariz İbrahimov qəhrəmanlığını təkrarladı İsmayıl. İsmayıl Qəhrəman olmaq üçün bu dünyaya gəldi və Qəhrəman da, oldu.
Şəhid qəhrəmanımızın iki övladı Mehdi və Nurgül balamız bizə, Azərbaycan xalqına əmanətdir. Bu gül balalar hələ heç nə anlamırlar. Ancaq biraz böyüyəndə başa düşəcəklər ki, haqqında filmlər çəkilən, kitablar yazılan bir qəhrəmanın övladlarıdırlar.
O QƏHRƏMAN Kİ, ADINI MÜASİR VƏ ŞANLI TARİXİMİZƏ QIZIL HƏRFLƏRLƏ YAZDI. BƏLİ, BU VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI İSMAYIL SƏMƏDOVDUR.
ƏLMANİZ ƏLƏKBƏRLİ
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
666