İsveçin yeni Baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib. Diaspor info Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, məktubunda Ankaraya səfər etməyə hazır olduğunu bildirib.
"Ümid edirəm ki, tezliklə sizinlə NATO ilə bağlı ətraflı müzakirə apara bilərik. Sizə uyğun olan kimi Ankaraya gəlməyə hazırıq", - Baş nazir deyib.
Məktubda Kristersson Türkiyənin narahatlığını ciddi qəbul etdiklərini qeyd edib.
98