BALAKƏNDƏ POLİS BÖLMƏSİ ÜÇÜN TİKİLMİŞ İNZİBATİ BİNA İSTİFADƏYƏ VERİLDİ.
Balakən rayonu Qabaqçöl qəsəbəsi sözügedən rayonun ən sıx yaşayış massivlərindən sayılır. Rayon mərkəzindən otuz kilometrədək olan məsafədə yerləşən sözügedən qəsəbə günü-gündən inkişag edir. Qəsəbə mərkəzində hələ illər öncə Ümummilli liderimiz Heydər Əliyevin büstü də qoyulub. Qəsəbənin mərkəzindəki binaların sırasına öz gözəlliyi ilə sözügedən küçəyə yaraşıq verən daha bir bina da qoşuldu. Belə ki, Azərbaycan Respublikası DİN Balakən rayon polis şöbəsi “Qabaqçöl Polis Bölməsi”-nin yeni inzibati binası istifadəyə verildi.
Noyabrın ilk iş günü Qabaqçöl ictimaiyyətinin də, iştirakı ilə açılış mərasimi oldu. Açılış mərasimində Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, Balakən rayon polis şöbəsinin rəisi polkovnik Çingiz Aslanov, DİN-nin Şimal-qərb bölgəsi üzrə mətbuat katibi Mahir Məsimov, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, hüquq-muhafizə orqanları rəhbərləri, Şəhid ailələri, rayon ziyalıları və Qabaqçöl qəsəbə sakinləri iştirak edirdilər. Tədbirin açılışına bir neçə saat qalmış Balakən rayon polis şöbəsinin rəis müavini Elxan Zamanov və Balakən RPŞ-si, YPX-nin rəisi İlkin Hümbətov sözügedən inzibati binanın həyətində idilər. Sonuncu dəfə açılış mərasimi üçün hər şeyin qaydasında olduğunu yoxlayırdılar. Beləliklə də, polis bölməsinin şəxsi heyətinin iştirakıyla açılış mərasimi başladı. İlk öncə
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Daha sonra Şəhidlərimizin ruhuna bir dəqiqəlik sükut elan olundu. Sonra çıxış üçün söz DİN Balakən rayon polis şöbəsinin rəisi polkovnik Çingiz Aslanova verildi. Rəis öz çıxışında, yeni açılan bölmənin inzibati binasını dövlətimizin polisə olan diqqət və qayğısı kimi qiymətləndirərək, bu işdə zəhməti keçən hər bir kəsə xüsusən də, nazir General-Polkovnik Vilayət Eyvazova xüsusi təşəkkürünü bildirdi.
Diqqətimizi çəkən bir məqam da, bu oldu ki, Çingiz Aslanov səmimi söhbət zamanı bölmə rəisini yanına çağırıb, şəhid valideynlərini ona göstərərək dedi:”- bu insanlara xüsusi nəvaziş göstərməyini səndən ayrıca xahiş edirəm.” Bax budur Azərbaycan dövlətinə, öz nazirinə sədaqətlə xidmət etmək. Bu gün Prezident İlham Əliyev, DİN-i cənab Vilayət Eyvazov Şəhid ailələrinə necə diqqət və qayğı göstərirsə, onun yerli nümayəndələri də, elə olmalıdır.
Daha sonra söz Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayevə verildi. İslam müəllim tədbir iştirakçılarını salamladıqdan sonra polis əməkdaşlarını yeni inzibati binanın açılışı ilə bağlı təbrik etdi. Onlara asayişin qorunması işində və cinayətkarlıqla mübarizədə uğurlar arzuladı.
Bundan sonra tədbir iştirakçılarından olan şəhid valideynləri qırmızı lenti kəsdilər və inzibati binanın içərisinə daxil olaraq, bir yerdə gəzdilər. Sonra şəhid ailələri ilə birgə səmimi söhbətlər çay süfrəsi arxasında davam etdirildi.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
825