ZAQATALADA POLİS ÖZ İŞİNİ GÜNÜN TƏLƏBLƏRİNƏ UYĞUN QURUB.
QAZİLƏRİMİZ ZAQATALADA POLİSİNDƏN RAZILIQ EDİRLƏR.
Zəfər günü yaxınlaşdıqca respublikanın hər yerində olduğu kimi Zaqatala rayonunda da, daha çox sayda tədbirlər keçirilir. Bu günlərdə Aşağı Tala kəndində keçirilən növbəti tədbirə mən də dəvət olunmuşdum. Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızın anaları və qazilərimiz də, Zəfər günüyə bağlı olan tədbirdə iştirak edirdilər. Qazi Həsən Yusubov tədbirdə çıxış edəndən sonra mənə yaxınlaşaraq, qarşılaşdığı problemlərdən danışdı və haqlı iradlarını da bildirdi:-mən müharibə əliliyəm, hara müraciət edirəmsə mənə iş
vermirlər, hətta ofisiant belə götürmürlər. Təsəvvür edirsiniz, restoranlara ofisiant işləmək üçün belə məni işə götürmədilər. Çox təəssüf edirəm ki, yaralıyam, əgər əlilliyim olmasaydı gedərdim Zaqatala rayon polis şöbəsinin rəisinin yanına. Heç bilirsiniz rəisimiz Vəfadar müəllim şəhid ailələrinə, müharibə iştirakçılarına, biz qazilərə necə münasibət göstərir?!
Sual:-rəis sizə necə münasibət göstərir?
Cavab:-Cənab Prezidentimizin və Daxili İşlər naziri Vilayət Eyvazovun bizim kimi insanlara göstərdiyi münasibət kimi, bir münasibət. Bizim istəyimiz bəzi üzürlü səbəblərdən hər yerdə qəbul edilməyə də bilər. Ancaq bizə olan münasibət, bax bu çox yerdə fərqlidir. Bəlkə də, mən savadlı danışa bilmirəm, ancaq sizdən xahiş edirəm ki, bu məsələni diqqətinizdə saxlayasınız. Bizə iş verməyən iş adamlarını da, bizim kimi həssas təbəqədən olanlara əlindən gələn köməyi əsirgəməyən Vəfadar müəllim kimi rəhbər işçiləri də, gərək hər kəsi layiq olduğu kimi dəyərləndirəsən.
Bu gün Azərbaycanın dilbər guşələrindən biri olan Zaqatala rayonunda Azərbaycan polisinin nüfuzu əvvəlki dönəmlərdən daha çoxdur, desək yanılmarıq. Buna Zaqatala Polisi başda Zaqatala RPŞ-nin rəisi Vəfadar Orucov olmaqla, rəhbərlik etdiyi kollektiv öz əməli işləri ilə nail olublar.
Bu gün hamıya gün kimi aydındır ki, dünya günü-gündən daha da, çalxalanır. Elə dövlətlər biri-biriylə müharibə aparırlar ki, yüz illərin dostu və qardaş ölkələri öz aralarında nəyisə bölə bilmədiklərinə görə müharibəyə belə gedirlər. Odur ki, iri dövlətlər daha çox qonşularını da, belə müharibələrə cəlb etmək üçün onlarda çaxnaşma yaratmağa cəhd edirlər. Bu minvalla Azərbaycan polisi günümüzə və dövrümüzün tələblərinə cavab verən bir iş ortaya qoya biliblər. Qonşu dövlətlərin cəhdlərinə baxmayaraq, Azərbaycan polisinin ayıq-sayıqlığı sayəsində sabitlik ölkəmizin hər yerində hökm sürür. Eləcə də, çoxmillətli rayon olan Zaqatala rayonunda da, sabitlik, əminamanlıq hökm sürür. Əlbəttə ki, burada Daxili İşlər naziri General Polkovnik Vilayət Eyvazovun xidmətlərini danmaq günah olardı. Bu sabitlik Vilayət Eyvazovun Prezident İlham Əliyevə olan sədaqətindən, Vəfadar Orucovun isə öz nazirinə və dövlət başçısına olan sədaqətindən irəli gəlir.
Danılmaz faktdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov Polis Polkovniki Vəfadar Orucovu Zaqatala RPŞ-nin rəisi təyin etdiyi gündən polis vətəndaş münasibəti daha da, yüksək səviyyədə qurulmağa başlandı. Vəfadar müəllim rəis təyinatından sonra rayondakı Şəhid ailələrinə atalıq, qardaşlıq qayğısı göstərir. Qazilərimiz, müharibə veteranlarımız, müharibədə əlil olanlara qarşı çox diqqətlidir.
Onu da etiraf etməliyik ki, bu gün Azərbaycanda sözün hər mənasında polisdən hər bir vətəndaş razı qalmaya bilər. Belə ki, həssas təbəqəmiz var, qazilərimiz, Şəhid ailələrimiz, bəzən kiçik bir problemdən inciyərək, polislə bağlı neqativ fikirlər söylənilir. Həqiqətən də, bütün bunların qarşısında səbrlə insanları dinləmək, onları başa düşmək, vəzifəsindən asılı olmayaraq, məmurda böyük mədəniyyət tələb edir.
Zaqatalalıların fikrincə Vəfadar Orucov sadaladığım bütün müsbət keyfiyyətlərə malik bir rəisdir.
Onu da dana bilmərik ki, bu gün gecə-gündüz asayişimizin keşiyində dayanan polislərimiz olmasa, xaos olar.
Odur ki, bütün sutkanı ayaqlarından çəkmələrini çıxarmayan polisimiz vətəndaşlarımız tərəfindən dəyərləndirilir.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
609