ZAQATALA PEŞƏ MƏKTƏBİNİN KOLLEKTİVİ ŞƏHİD ANALARI VƏ QAZİLƏRİMİZLƏ BİRGƏ ZƏFƏR GÜNÜNÜ QEYD EDİB.
ZAQATALA PEŞƏ MƏKTƏBİNDƏ ZƏFƏR GÜNÜYLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB.
Zəfər günü yaxınlaşdıqca respublikanın hər yerində olduğu kimi Zaqatala rayonunda da, daha çox sayda tədbirlər keçirilir. Belə tədbirlərddən biri də, bu gün Zaqatal Peşə məktəbində keçirildi.
Məktəb direktoru Elxan Şabanov başda olmaqla bütün kollektiv bu tədbir üçün ayrıca hazırlaşmışdılar. Şəhid anaları, qazi və Vətən Müharibəsi iştirakçılarının iştirakı ilə keçirilən tədbir Dövlət himnimizin səslənməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsiylə başlandı.
Hərbi rəhbər Eduard Əliyev məktəbin şagirdləri arasında qazi və Vətən Müharibəsi iştirakçılarının olduğunu xüsusi vurğulayaraq, onları bizimlə də, tanış etdi:- Qazi Hüseyn Cavadzadə (Kəlbəcər, Murov dağı vəs), Rəhman Davudov (Cəbrayıl, Qubadlı vəs.), Pərvin İsayev (Füzuli, Cəbrayıl), Kazım İsmayılov (Füzuli Xocavənd vəs.), Azər Məmmədov (Füzuli, Xocavənd vəs.), Məhəmməd Orucov, Ceyhun Yusubov, Peşə məktəbinin işçisi Vüsalə xanımın oğlu Elnur Tərlanov və Şəhid Mütəllib Serovun anası Mərziyə xanım, şəhid Ərəblinski Vahidin anası Həvva xanım da tədbirdə iştirak edirdilər.
Tədbirdə Zaqatala Peşə məktəbinin direktoru çıxış edərək Zəfər günüylə bağlı öz ürək sözlərini dedi: Hörmətli tədbir iştirakçıları, bu gün Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızın anaları və qazilərimiz də, Zəfər günüylə bağlı olan bu tədbirdə iştirak edirlər.
Məlum olduğu kimi Azərbaycanın bütün sahələrdə o cümlədən də, hərb sahəsində qazandığı uğurların arxasında Heydər Əliyev siyasətinin dayanır.
Birinci Qarabağ müharibəsinin hansı şəraitdə olduğu çoxlarının yadındadır. Onda insanlar yeməyə çörək tapa bilmirdi, odur ki, silah-sursatdan söhbət belə gedə bilməzdi. Dövrün qəhrəman oğulları əliyalın düşmənin üzərinə gedirdilər. Bu bizim tədbirin ən ali qonağı olan Şəhid anaları və onların böyütdükləri Mütəllib və Vahid kimi oğullarımız düşmən qarşısında sipər oldular. Bir müddət sonra Ulu öndərimiz paytaxt Bakıya gəldi və qardaş qırğınlarının qarşısını aldı. Suverenliyimizin məhv olmasının qarşısını aldı, elə bir müstəqil dövlət qurdu ki, bu gün dünyanın ən aparıcı dövlətləriylə bir sıradadır. Əlbəttə ki, Ümummilli liderimiz dünyanın bazar iqtisadiyyatı üzərində qurulduğunu yaxşı dərk edirdi. Odur ki, Ulu öndərimiz Böyük neft kontraktları bağlamaqla Azərbaycanı çox qüdrətli bir dövlətə çevirdi. Bəli, burada özündən sonrakı siyasi rəhbərin kimin olması da, böyük rol oynayırdı. Odur ki, onun siyasi varisi İlham Əliyev elan olunan gündən xalqımız Prezident İlham Əliyevin ətrafında da, sıx birləşdi. Dünyaya baxışı, öz intellekti, dünya görüşü, bir neçə dildə sərbəst danışması ilə dünya siyasətçilərinin diqqətini çəkən İlham Əliyev günü-gündən dünya siyasətçiləri arasında daha çox tanınmağa başladı. O, Heydər Əliyev siyasətini daha müasir formada davam etdirməyə başladı. Nəhayət onun bəhrəsini bütün Azərbaycan xalqı və onu sevənlər gördülər.
Azərbaycan məhz İlham Əliyevin rəhbərliyi ilə yüz illərlə edə bilmədiyini etdi. Öz ata-baba tarixi torpaqlarını işğal altından azad etdi. Nəzərə alsaq ki, bu məsələ təkcə torpaq, ərazi məsələsi deyildi, bu həm də qisas, intiqam məsələsi olduğuna görə Azərbaycan ordusu açıq döyüş meydanlarında erməni döyüşçülərini diz çökdürdü. Bu gün Ali Baş Komandanın Dəmir Yumruğunun və Azərbaycan Xüsusi Təyinatlıları olan, Yaşmanın adı gələndə ermənilər gizlənməyə yer axtarırlar. Odur ki, əziz tədbir iştirakçıları, hörmətli şəhid anaları belə tədbirlər bizim xalqımıza yaraşır, bunların sayını çox edin ki, gələcək nəsillər daha vətənpərvər böyüsünlər. Zəfər günü xalqımızın tarixinə qızıl hərflərlə yazıldı.
Daha sonra tədbir çay süfrəsi ətrafında səmimi söhbətlərlə yekunlaşdı.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
Diaspor.info
Baş Redaktor.
597