HƏR İKİ QARABAĞ SAVAŞININ İŞTİRAKÇISI VƏTƏNPƏRVƏR MƏMUR.
EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ MUXTAR BABAYEVİN RƏHBƏRLİK ETDİYİ NAZİRLİYİN ƏMƏKDAŞLARI ARASINDA VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARININ OLMASI TƏQDİRƏLAYİQ VƏ NÜMUNƏVİ HALDIR.
İkinci Qarabağ savaşı başlanan gündən Azərbaycan xalqı bütövlüklə Ali Baş komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşdi, ordumuza dəstək nümayiş etdirməyə başladı. Bunu bütün dünyada yaşayan Azərbaycanlılar etdi, kimisi orduya maddi yardım edərək, kimisi ərzaq, geyim vəs. yardımları ilə sübut etdilər ki, həm dövlətimizin, həm də ordumuzun yanındadırlar. Xalq bütünlüklə səfərbərlik idarələrinin qarşısına axışaraq, orduya, birbaşa qaynar nöqtələrə getmək üçün könüllü olaraq müraciət etdi və adlarını siyahıya yazdırdılar. Sevindirici hal burasındadır ki, bütün bunlar səmimi olaraq, kortəbii, yəni heç bir dövlət qurumu tərəfindən bilərəkdən təşkil edilmədən baş verdi. Xain düşmən də, bunu görüb, qorxudan şoka düşmüşdü. Məmur, kiçik dövlət qulluqçularının övladları da, cəbhəyə yollandılar. Bu arada xüsusi rəğbətlə adını qeyd etmək istədiyim bir məmur da, vardır. Bu hazırda Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru olan Əkrəm Babayevdir. Əkrəm müəllim məmur olmasına baxmayaraq, həm özü, həm də ailə üzvləriylə birgə vətənin müdafiəsinə qalxmış barmaqla sayılan kişilərdəndir. Birinci Qarabağ savaşının veteranı kimi, İkinci Qarabağ savaşı, Vətən Müharibəsində də, könüllü döyüşə getmək üçün müraciət edən Əkrəm müəllim gənc əsgərlərimizin yanında olmaqla ən azından mənəvi dəstək verə bilib. Onu da, danmaq olmaz ki, Birinci Qarabağ savaşında ordumuz yetərincə silah-sursatla, ərzaqla təchizat olunmurdu. Odur ki, əliyalın düşmənin üzərinə yeriyən kişilərdən biri də, məhz Əkrəm Babayev olub. Əkrəm Babayev Ekologiya Və Təbii Sərvətlər nazirliyinin əməkdaşı kimi, həm də, ehtiyyatda olan rütbəli zabit kimi digər dövlət məmurlarına da, örnəkdir. Vətənpərvərlik nümunəsi olan meşə təsərrüfatı mərkəzinin rəhbəri 44 günlük Vətən Müharibəsində Ana vətən qarşısında olan öz borcunu layiqincə vermiş və Birinci Qarabağ savağında yarımçıq qalan missiyasını tamamlamışdı. Bu gün məhz belə oğulların sayəsində Azərbaycan xalqı, yüz illərlə üzünə həsrət qaldığı Zəfər paradını və onun bayramını xüsusi olaraq keçirdi. Artıq iki ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qüdrətli Azərbaycan ordusunun hesabına xalqımız Zəfər bayramını böyük coşquyla qeyd edir.
Hesab edirəm ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyən, döyüşdən yayınmayan və digər məmurlara da, örnək olan vətənpərvər məmur qazilərimizi nəinki unutmamalıyıq, onlara həmişə diqqət göstərməliyik. Bu bizim ən azından vətəndaşlıq borcumuzdur. Bəlkə də, bu yazını Əkrəm Babayevə göstərəndə o özü də, şok olacaq, çünki heç vaxt bu barədə təbliğ olunmasını istəmirdi. Və həmişə də, deyərdi ki, bu bizim vətənə olan borcumuzdur, bunun reklama, təbliğata ehtiyacı yoxdur. Odur ki, Əkrəm Babayevin döyüş yolu haqqında geniş məlumatlar ala bilməmişəm. Ancaq bütün bu təvazökarlığa baxmayaraq, düşünürəm ki, bütün insanlara sağlığında qiymət verilərsə daha yaxşı olardı. O cümlədən döyüşərək, yarımcan olan qazi dostlarımızı təbliğ etməliyik. Bu insanlar da, şəhid ola bilərdilər. Mənə elə gəlir ki, Əkrəm kimi xalqının qeyrətli oğullarını uca yaradanımız ona görə sağ saxlayıb ki, digər məmurlarımız üçün də bir nümunə göstərə bilək.
Vətənpərvər Azərbaycanlı, hər iki müharibənin iştirakçısı Əkrəm Babayev sizin timsalınızda bütün döyüşmüş veteranlarımıza möhkəm can sağlığı arzuayıram.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
1 040