XÜSUSİ TƏYİNATLI KİMİ ADINI ŞANLI TARİXİMİZƏ QIZIL HƏRFLƏRLƏ YAZDIRAN QƏHRƏMAN.
XTQ ŞƏHİDİ EHTİRAM ƏHMƏDOVUN İKİNCİ İLDÖNÜMÜNƏ HAZIRLAŞIRIQ.
Artıq ikinci ildir ki, Zaqatala rayon Suvagil kənd sakini, Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş şəhidimiz Ehtiram Əhmədov yoxdur. Ehtiramın bütün ailəsi, kənd camaatı onun ikinci ildönümünə hazırlaşır. Bəli, istəsək də, istəməsəkdə yavaş-yavaş tarixə köçürülən bir şərəfli ömürdən uzaqlaşırıq. Biz bu qəhrəmanının şəhidlik tarixindən nə qədər çox uzaqlaşsaq da, onun qəhrəmanlığı haqqında daha çox eşidirik.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” başlanan zaman, bütün şəhidlərimizin qisası alındı. Belə ki, Birinci Qarabağ savaşında şəhid olanların uğrunda öldüyü torpaqlarda artıq qalib ölkə olan Azərbaycan əsgəri dayanır. Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” təkcə ermənilərə deyil, onların havadarlarına da, Azərbaycan ordusunun qüdrətini göstərdi.
Cəmi 44 gün davam edən Vətən müharibəsində, bütün dünya ermənilərin ağ bayraq qaldırmalarının şahidi oldular. Döyüş meydanında erməniyə kişilik dərsi keçən qəhrəmanlarımızdan biri də, Ehtiram Əhmədovdur.
Ehtiram Teyyub oğlu Əhmədov 26-03 2001-ci ildə Zaqatala rayonu Suvagil kəndində anadan olub. 2007-2018-ci illərdə Suvagil kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ildə müddətli həqiqi-hərbi xidmətə gedib. Hərbi xidmətə Goranboy rayonunda başlayıb. Xidmət etdiyi dövrdə XTQ-yə cəlb olunub. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsindəki xidməti Murovdağdan başlayıb. Daha sonra
Suqovuşanın, Füzuli və Cəbrayılın azad olunmasında aparılan şiddətli döyüşlərdə iştirak edib. Oktyabrın 15 -də Füzuli istiqamətində gedən ağır döyüşlərin birində yaralanıb. Uzun müddət Bakı şəhərində Mərkəzi Hərbi Hospitalda koma vəziyyətində qalıb. Həkimlərin ciddi səyinə baxmayaraq, noyabrın 10-da şəhidlik zirvəsinə ucalıb. 15-12-2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Vətən Uğrunda medalı ilə, 24-12-2020-ci ildə isə Cəbrayılın azad olunmasına görə, 25-12-2020-ci ildə Füzulinin azad olunmasına görə, 30-12-2020-ci ildə Hərbi Xidmətlərə görə, 24-06-2021-ci ildə Xocavəndin azad olunmasına görə, 5-11-2021-ci ildə Şuşanın azad olunmasına görə və 3-cü dərəcəli Rəşadət Ordeni ilə təltif edilib.
Şəhidimizin nur üzlü Anası Sevdagül xanım deyir ki, bir oğlum iki qızım var idi. Ehtiram evin kiçiyi, sonbeşiyi olub. Sevdagül xanım deyir ki, hələ körpəlikdən hərbiyə meyilli uşaq idi:”balaca uşaq olandan böyüyüb hərbiçi olacağını deyərdi, daha çox da, kəşviyyatçı olmaq istəyirdi. Orta məktəbdə keçirilən hərbi təlim dərslərində komandir olub. Və orta məktəbdə oxuyan zaman bütün gücünü idmana sərf edib.
XTQ olmaq üçün daha çox idmanla məşğul olub, boy-buxunu da, tam xüsusi təyinatlı olmağa yaraşırdı. Bir metr doxsanüç sm boyu olduğuna görə Şahin Hərbi idman oyunları zamanı da, bir çoxlarının diqqətini özünə cəlb edə bilmişdi. Həmin vaxtlarda hərbi formanı əyninə geyinən kimi yanıma qaçar və deyərdi ki, bax gör hərbi forma mənə necə yaraşır?! Uşaqlıqdan deyirdi ki, mən böyüyüb, kəşviyyatçı olacağam və ona görə də, kəşviyyata və müharibəyə aid filmlərə daha çox baxırdı. Biz ana-bala çox yaxşı dost olmuşuq, sirrimiz bir idi, çox yaxşı sirdaş idik. Uşaqlıqdan əsgər formasını sevirdi, qohumlardan kim əsgərlikdən gələrdisə tez qaçıb onun formasını geyinib, şəkil çəkdirərdi. Deyirdi ki, hərbiçi olub, sizə yaxşı baxmaq istəyirəm. Martın 26-da oğlumun doğum günü olardı, əsgərliyə çağırılan ili ona yaxşı ad günü də, etdik. Müharibə başlayandan cəmi bir dəfə danışdıq. Oktyabrın 7-də, onunla telefonla danışdıq. Kəşviyyatçı olduğuna görə çox qısa danışardı. Noyabrın 4-də ad günüm idi, oğlum isə noyabırın 7- də mənə zəng edib, təbrik elədi.
Dedi ki, gec də olsa səni təbrik etmək istədim. Soruşdu ki, özünə ad günü etdin? Mən də dedim ki, ay oğlum heç elə şey olar, müharibə vaxtı nə ad günü? Dedi ki, ana darıxma, xidmətimi başa vurub gəlim, hər şey yaxşı olacaqdır. Birdə dedi ki, mən evə gələndə çoxlu şor qutabı bişirərsən. Dostları deyirdi ki, kəşviyyatda günlərlə ac qalırdılar, belə günlərin birində dostlarından biri deyib ki, su içmək istəyirəm. Ehtiram da, ona deyib ki, sən götür mənim suyumu iç. O da, deyib ki, azca su qalıb, bəs sən özün nə içəcəksən? Ehtiram da, cavabında deyib ki, mən yuxu görmüşəm, mən şəhid olacağam, içimizdən birimiz isə yaralı olacağıq. Odur ki, sən götür doyunca suyunu iç. Oğlumun sevdiyi qız da, var idi. Ona da, zəng edib, halallıq istəyib. Oğlum son gününə kimi bizimlə telefonla danışanda dedi ki, sizə yalan deyiblər, müharibə falan yoxdur. Mən fəxr edirəm ki, belə bir qəhrəman oğul böyütmüşəm.”
Teyyub Əhmədov, oğlunun adını yaşatmaq üçün əlindən gələni əsirgəmir. O, təkcə öz oğlunun deyil, kəndin Vətən müharibəsində şəhid olmuş hər üç şəhidinin şəkilini maşınının arxa şüşəsinə yapışdırıb. Məktəb direktoru Abdurəhman müəllim isə şəhidlərin portretlərini
Suvagil kəndinin girişinə asdırıb. Teyyub müəllim bizimlə söhbət edərkən Ehtiram haqqında böyük qürur hissiylə danışdı:” oğlum sözə baxan bir uşaq olub, tək oğul övladı olduğuna görə diqqətim üzərində olub. Ürəyi nə istəyibsə onu da, alıb vermişəm. İdmanın futbol növünə də, çox maraq göstərirdi. Rayonun futbol komandasında oynayır, kiçik uşaqlar arasında keçirilən rayonlararası çempionatlara həmişə qatılardı. Əsgər getmək üçün çox səbirsizlənirdi, gününü sayırdı ki, hərbi formanı əyninə geyinsin. Hərbi xidmətə gedəndən sonra pulemyotçu kimi tanınmağa başladı. Komandiri deyirdi ki, Ehtiramın çox sərrast atışı vardır. Ehtiram uşaqlıqdan vətənpərvər böyümüşdü, bayrağa çox hörmət edirdi. Bir dəfə balaca, stolüstü bayraqlardan birini evə gətirdi. Onu öz şəklinin yanına qoymuşdur. Danışanda deyirdi ki, mən onsuzda evə gələndən sonra, on gün istirahət edib, yenidən geriyə dönməliyəm. Xüsusui Təyinatlı olmaq üçün, mən hökmən hərbiyə geri qayıtmalıyam. Əsas fikir diqqətini yönəltmişdi Yaşmaya daxil olmağa. Sonuncu dəfə telelfon danışığında mənə dedi ki, mən hərbi hissədəyəm, istirahət edirik. Sonralar mənə xəbər verdilər ki, həmin vaxtı onlar Cəbrayılı alıblar.
Ehtiramın həmin döyüşlərdə snayperlə vurularaq, yaralandığını sonralar bildim. Sən demə döyüş zamanı Ehtiram təkbaşına yüzlərlə ermənini məhv edib. Odur ki, onu xüsusi olaraq, nişanlayaraq, vurublar. Komandir, bu ağır döyüşdən əvvəl bütün əsgərlərə deyib ki, alın bu telefonları ailənizlə danışın və halallıq alın. Ehtiram deyib ki, mən anama zəng edib, müharibə başlayıb sözünü deyə bimərəm.
Ona görə ki, anam narahat qalar. Ancaq evə zəng edəndə deyirmişki, onu sizə kim deyib müharibə var? Biz burda istirahət edirik.
Bəli belə cəngavər, qəhrəman oğul artıq iki ildir ki, aramızda yoxdur. Ancaq Ehtiram digər dünyasını dəyişənlərdən fərqli olaraq, şəhid kimi həmişə xatırlanacaq və anılacaqdır.
ALLAH RƏHMƏT ELƏSİN.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
817