VƏTƏN MÜHARİBƏSİ ZAMANI AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN DÜNYAYA ÇATDIRILMASINDA AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ-OMBUDSMANIN ROLU DANILMAZDIR.
Bu yazı Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr – Beynəlxalq
İnsan Hüquqları Günü və Ombudsman təsisatının 20 illik
yubileyi (2002-2022) münasibətilə “Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Aparatı - 20 il!” mövzusuna həsr olunmuş ənənəvi
jurnalist yazı müsabiqəsinə təqdim etmək üçündür.
Bu il Azərbaycanda Ombudsman təsisatının yubiley ilidir. (2002-2022)
Onu da, qeyd etmək istərdik ki, qarşıdan 10 dekabr “Beynəlxalq İnsan Hüquqları” günü gəlir. Azərbaycanlılar üçün, sadə vətəndaşlarımız görə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yəni Ombudsman kimdir? Bütün dünyanın demokratik ölkələrində olduğu kimi azərbaycanda da, bu şəxs əhalinin dövlətin nəzarətində olan sahələrdə şikayətinə baxan bir şəxs kimi başa düşülür.
Ümumiyyətlə isə Ombudsman İsveç mənşəli sözdür. Mənası agent və ya sədr deməkdir. Parlament tərəfindən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi səlahiyyət verilən, dövlət funksiyalarının daşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirən, lakin onlar tərəfindən qəbul edilmiş qərarları dəyişdirmək hüququ olmayan, etibarlı və layiqli vəzifəli şəxs başa düşülür.
Əvvəlcə Azərbaycan Respublikasında Ombudsman təsisatının yaranma tarixinə nəzər salmaq istəyirik.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra, ölkədə bu sahədə demokratik, hüquqi islahatların həyata keçirilməsi və insan hüquqlarının səmərəli təmini məqsədilə institusional mexanizmlər sistemi yenidən quruldu.
Azərbaycan müstəqilliyini elan etdikdən sonrakı dövrlərdə, aparılmış hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının təminatı sahəsində bir çox beynəlxalq prinsiplər Azərbaycanın milli qanunvericiliyində öz əksini tapmışdır. Ancaq bəzi humanitar aspektlərdə insanların elan edilmiş hüquqlarının müdafiəsinin daha da təkmilləşdirilməsi, beynəlxalq norma və standartlara uyğun təşkilinə ehtiyac duyulurdu. Bu səbəbdən, Ombudsman vəzifəsinin təsis olunması bizim gerçəkliyimizin mühüm tələbatı idi. Bu təsisatın yaradılması hüquq-müdafiə strukturları sistemini tamamlamaqla, həm də mövcud boşluqları aradan götürərək, insanların hüquq və azadlıqlarının müdafiəsi mexanizmində qüsurları aradan qaldırmaq üçün yeni imkanlar yaratmış oldu.
Azərbaycan Respublikasında insan hüquqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası
Prezidentinin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan Hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması nəzərdə tutulmuşdur. 28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı.
Bütün bunlara baxmayaraq, xalqımız Ombudsmandan daha çox dünyanın görmək istəmədiyi hüquq və haqqlarımızın elə dünyanın özünə çatdırılmasını istəyirdi. Otuz il ərzində Qarabağ ərazisində olan tarixi abidələrimizin, milli-mənəvi dəyərlərimizin məhv olmasını görmək istəməyən, özlərini dünyaya demokratik dövlətlər kimi tanıdan dünyanın aparıcı dövlətlərinə haqq səsimizin çatdırılması işində də, Ombudsmanın fəaliyyəti az olmayıb. Ötən iyirmi illik fəaliyyəti zamanı Ombudsman tərəfindən müxtəlif vaxtlarda yetərincə bəyanatlar verilib. Xüsusəndə Vətən Müharibəsi zamanı Azərbaycanın haqq işinə kölgə salmaq istəyən, özlərini dırnaqarası demokrat adlandıran dövlətlərin ölkəmizə qarşı etdikləri basqıya qarşı tutarlı cavab verən Ombudsmanın fəaliyyəti danılmazdır. Ötən iyirmi illik fəaliyyəti dövründə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman aparatının verdiyi bəyanatlara diqqət yetirərkən bunun əyani şahidi olursan.
Belə ki, 20 yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart Azərbaycanlıların soyqırımı günü, Şuşanın işğal ildönümü və Vətən Müharibəsi dövründə müharibə zonasına aid olmayan bölgələrə, Gəncə və başqa şəhərlərə atılan raketlərə qarşı edilən etiraz bəyanatları vaxtında verilən düzgün və qətiyyətli bəyanatlar idi.
Azərbaycana qarşı, hətta ATƏT-in Demokratik Təəsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli yanaşması qəbuledilməz olduğuna görə sözügedən quruma da Azərbaycan Ombudsmanı öz etirazını bildirib:-Azərbaycan Ombudsmanının ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli yanaşmasına etiraz bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 27 Sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Fransanın paytaxtı Parisdə bir qrup erməninin Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücumuna etiraz bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ağdaban soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması və yaralanması ilə bağlı etiraz Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 6 Noyabr - Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ilə bağlı Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə toplaşmış mülki şəxslərin Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulmasının ildönümü ilə əlaqədar Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ikinci dəfə ağır artilleriya qurğularından atəşə tutması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset tipli raketlərlə atəşə tutulmasının ildönümü ilə bağlı Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini atəşə tutması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı Bəyanatı. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərinə növbəti hərbi təcavüzü və mülki yaşayış məntəqələrini atəşə tutması nəticəsində çoxsaylı insan tələfatına səbəb olan müharibənin başlanmasının ildönümü ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Bəyanatı.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritələrinin verilməsi barədə Bəyanatı. Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan tərəfinin Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atmasına etiraz olaraq Bəyanatı. BMT-nin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə” qətnaməsinin icrasına dəstəklə bağlı Azərbaycan Ombudsmanının Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalı ərazilərlə bağlı Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 30 noyabr - Kimyəvi Müharibə Qurbanlarının Anım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə Müraciəti. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın törətdiyi ekoloji terror və
Şuşa meşələrinin qəsdən yandırılaraq məhv edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə Müraciəti. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistanın 17 oktyabr 2020-ci il tarixində Azərbaycanın Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla bağlı Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Tərtər şəhər qəbiristanlığının Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması ilə bağlı Müraciəti . Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bögəsindən kənarda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutması nəticəsində dinc əhali arasında baş vermiş ölüm, yaralanma halları və mülki obyektlərin dağıntılara məruz qalmasına dair növbəti etiraz Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset bombalarla atəşə tutulması ilə bağlı dünya dövlətlərinə və beynəlxalq təşkilatlara Müraciəti. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın böyük su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin raket atəşinə tutulması ilə bağlı Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini atəşə tutması nəticəsində baş vermiş insan tələfatı və törədilmiş dağıntılarla bağlı növbəti etiraz Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələrinin mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması və davam edən insan tələfatı ilə bağlı növbəti etiraz Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin gün ərzində dəfələrlə pozulması nəticəsində mülki əhalinin, o cümlədən, qadın və uşaqların qətlə yetirilməsinə etiraz Bəyanatı. Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasına və tələfatla nəticələnən təxribat cəhdlərinə etiraz olaraq Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 21 sentyabr - Beynəlxalq Sülh Günündə Ermənistan silahlı qüvvələrinin növbəti dəfə insan tələfatı ilə nəticələnən hərbi təxribatına dair Müraciəti. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) xarici ölkələrdə yaşayan dinc azərbaycanlı aksiyaçılara qarşı erməni təxribatçıları tərəfindən törədilmiş hücumlara dair Bəyanatı . Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) pandemiya dövründə Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə pozulmasına və tələfatla nəticələnən təxribat cəhdinə etiraz olaraq Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz “seçkilər”in keçirilməsinə və pandemiya dövründə Ermənistan tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasına etiraz olaraq Bəyanatı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərə, digər idarə, müəssisə və təşkilatlara, habelə sahibkarlıq subyektlərinə Müraciəti. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) yeni növ koronavirus (COVID-19) epidemiyası ilə bağlı xalqa Müraciəti. Ermənistan ordusu tərəfindən mülki əhalinin, xüsusən də uşaqların hədəfə alınması ilə bağlı Müraciət. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində yaşayan müki əhalinin qətlə yetirilməsi və mülki obyektlərinin atəşə tutulması ilə əlaqədar Bəyanat. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə əlaqədar Bəyanat. Moldova Ombudsmanı xanım Aureliya Qriqoriunun Ermənistanda hüquqlarının pozulması ilə bağlı Bəyanat.
Qondarma DQR Ombudsmanının seçilməsi ilə bağlı Bəyanat VƏS.
Bütün bunlarla yanaşı Ombudsmanın fəaliyyətində onun şəxsi keyfiyyətləri də mühüm rol oynayır. Belə ki, İnsan Hüquqları üzrə Müvəkkilin təkcə işlədiyi ölkədə deyil, dünyada da nüfuzunun olması çox vacibdir. Bu mövzuda Səbinə Yaşar qızı Əliyevanın Avropadakı İnsan Hüquqları üzrə Müvəkkilləri arasında böyük nüfuzu vardır desək, yanılmarıq.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında: Əliyeva Səbinə Yaşar qızı 1980-ci il mayın 7-də Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhərindəki 8 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxumuş və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2000-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində magistratura səviyyəsində təhsilini Dövlət hüququ ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil almışdır. 2016-cı ildə “Beynəlxalq hüquq:- İnsan hüquqları” ixtisası üzrə dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2000-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, 2015-ci ildən isə Aparat rəhbərinin müavini vəzifəsində çalışmışdır. Bir sıra beynəlxalq konfranslarda, o cümlədən Çin, Avstriya, Böyük Britaniya və Yunanıstanda keçirilən simpoziumlarda iştirak etmişdir. MDB-nin Parlament Assambleyasının xüsusi kurslarını bitirmişdir.
Türkiyə Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təşkil olunmuş Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının “Söz və toplaşmaq azadlığı” mövzusunda keçirilən yay məktəbinin iştirakçısı olmuşdur. Almaniya Federativ Respublikasında Hüquqi transformasiya naminə hüquqi dialoq adlı təlimlərdə, Fransanın Sarbon Biznes Məktəbində “Liderlik və strateji idarəçilik bacarıqları” seminarında iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2013-cü il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənmə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2016-cı il tarixli Sərəncamına əsasən 3-cü dərəcə Dövlət müşaviri ixtisas dərəcəsi almışdır.
Ölkə Prezidentinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən 29 noyabr 2019-cu il tarixdə Səbinə Əliyeva Ombudsman seçilmişdir.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci ilin 29 dekabr tarixli müvafiq əmri ilə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
Ombudsman Səbinə Əliyeva fəaliyyəti dövründə təkcə bəyanatlar verməklə öz işini bitmiş hesab etməyib, bununla yanaşı müxtəlif media qurumlarına müsahibələr verib, məqalələri bir çox KİV-də çap edilibdir. KİV-də verilən məqalələr və müsahibələr haqqında:-Qloballaşan dünyada insan hüquqlarının müdafiəsi və təbliği beynəlxalq hüquqi fenomen kimi ("Respublika" qəzeti, 17 iyun 2022-ci il). Ombudsman Səbinə Əliyevanın "Cəmiyyət və cəza" jurnalına müsahibəsi ("Cəmiyyət və cəza" jurnalı, №1, 2022-ci il). Uşaqların hüquq və azadlıqlarının müdafiəsi Ombudsmanın prioritet vəzifələrindəndir ("Respublika" qəzeti 20 noyabr 2021-ci il). Ombudsman təsisatı konstitusion hüquqların müdafiəsinə xidmət edir ("Respublika" qəzeti, 12 noyabr 2021-ci il). İnsan hüquqlarının müdafiəsi milli və ümumbəşəri dəyər kimi ("Respublika" qəzeti, 18 iyun 2021-ci il). Ermənistanın beynəlxalq humanitar hüququ pozması insan hüquqlarına ölkədaxili münasibətinin məntiqi davamıdır ("Xalq" qəzeti, 05 noyabr 2020-ci il). İnsan hüquqları və media: Azərbaycan təcrübəsi müsbət nümunə kimi ("Xalq" qəzeti, 24 iyul 2020-ci il). İnsan hüquqlarının müdafiəsi, təmini və təbliği üzrə fəaliyyətin dövrün tələblərinə uyğun davam etdirilməsi strateji prioritet kimi ("Respublika" qəzeti, 18 iyun 2020-ci il). Azərbaycan əhalisinin sosial rifahı və insan hüquqları ("Respublika" qəzeti, 11 iyul 2019-cu il). İnsan hüquqları sahəsində islahatlar uğurla davam etdirilir ("Respublika" qəzeti, 21 iyun 2019-cu il).
Uşaq hüquqlarının müdafiəsi və təşviqi dövlətimizdə ali məqsədlərdəndir ("Respublika" qəzeti, 23 noyabr 2018-ci il). Azərbaycan Xalq Cümhuriyyəti və insan hüquqları ("Azərbaycan" qəzeti, 27 may 2018-ci il). Müstəqil Azərbaycanın əbədiyaşar lideri – Heydər Əliyev (“Respublika” qəzeti.12 may 2018-ci il). Azərbaycanda miqrantların hüquqlarının müdafiəsi sahəsində nailiyyətlər və perspektivlər (“Respublika” qəzeti. 29 dekabr, 2017-ci il). Azərbaycanda insan hüquqları: milli və beynəlxalq əməkdaşlıq (“Respublika” qəzeti. 10 dekabr, 2017-ci il). Uşaqların hüquqlarının müdafiəsi hər birimizin borcudur (“Respublika” qəzeti. 19 noyabr, 2017-ci il). İnsan hüquqlarının səmərəli təminat mexanizmi – Ombudsman (“Respublika” qəzeti. 2 iyul, 2017-ci il). Gözlərə nur qaytaran Alim (“Respublika” qəzeti. 28 aprel, 2017-ci il). Cinayət təqibi və cəza-icra sisteminin liberallaşdırılması insan hüquq və azadlıqlarına hörmətin təzahürüdür (“Respublika” qəzeti. 17 mart, 2017-ci il). Azərbaycanda insan hüquqlarının müdafiəsində yeni mərhələ (“Azərbaycan” qəzeti. 18 dekabr, 2016-ci il). Gələcəyimiz naminə uşaqlara qayğı (“Respublika” qəzeti. 20.11.2016-cı il). Azərbaycanda insan hüquqlarının səmərəli müdafiəsi 25 illik müstəqilliyimizin bəhrəsidir (“Respublika” qəzeti. 16.10.2016-cı il). Davamlı sülh insan hüquqlarının səmərəli təmininə xidmət edir (“Respublika” qəzeti. 21.09.2016-cı il). Konstitusiya islahatları insan hüquqlarının inkişafına və idarəetmənin təkmilləşməsinə xidmət edir (“Azərbaycan” qəzeti. 03.09.2016-cı il). İnsan hüquqları üzrə ictimai dinləmələr uğurla keçirilmişdir (“Respublika” qəzeti. 29.07.2016-cı il). Müstəqilliyimiz insan hüquqlarının müdafiəsinə xidmət edir “Respublika” qəzeti. (28.05.2016-cı il ). Multikulturalizm və insan hüquqları (“Respublika” qəzeti. 22.05.2016-cı il). Davamlı sülh – ümumbəşəri dəyərdir (“Respublika” qəzeti. 20.09.2015-ci il). Azərbaycanda insan hüquqlarının davamlı inkişafı uğurla həyata keçirilir (“Respublika” qəzeti. 03.07.2015-ci il)
İnsan hüquqlarının təmin olunması dövlət siyasətinin əsasını təşkil edir (“Respublika” qəzeti. 18.06.2015-ci il). Müstəqilliyimizi qorumaq borcumuzdur (“Respublika” qəzeti. 27.05.2015-ci il).
İnsan Hüquqları üzrə Müvəkkil Səbinə xanım Əliyeva nəinki illik hesabatlar, gördüyü hər bir işin hesabatını vaxtında verir:- Ombudsmanın işğaldan azad edilmiş ərazilərimizdəki dağıdılmış qəbiristanlıqlarda yerində araşdırmalarının nəticələrinə dair hesabat. Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat (2-ci hissə). İşğaldan azad edilmiş ərazilərdə mina problemi ilə bağlı ad hoc hesabat. Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat (1-ci hissə). Azərbaycanın mülki yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində baş vermiş uşaq tələfatı barədə Ombudsmanın aralıq hesabatı. Ombudsmanın Bərdədə həyata keçirdiyi faktaraşdırıcı missiyaya dair hesabat . Ombdusmanın Gəncədə dini abidələrlə bağlı faktaraşdırıcı missiyasına dair aralıq hesabatı . Ombudsmanın Gəncədə həyata keçirdiyi faktaraşdırıcı missiyaya dair hesabat (17-18 oktyabr 2020). Ombudsmanın Gəncədə həyata keçirdiyi faktaraşdırıcı missiyaya dair hesabat (11-12 oktyabr 2020) . Ombudsmanın Gəncədə həyata keçirdiyi faktaraşdırıcı missiyaya dair hesabat (4-6 oktyabr 2020) . Ombudsmanın Naftalan və Tərtərdə həyata keçirdiyi faktaraşdırıcı missiyaya dair hesabat (27 sentyabr -1 oktyabr).
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 2021-ci il üzrə məruzəsindən bəzi hissəsini oxucularımızla da tanış etmək istəyirik:-Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. İşğal altında olan torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilməsi xalqımızın 30 illik həsrətinin bitməsi, BMT-nin məlum qətnamələrinin icrasının təmini, xüsusilə məcburi köçkün həyatı yaşamaqda olan yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəmin yaratmışdır. Beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü təmin edən Azərbaycan Respublikası həm regional, həm də beynəlxalq səviyyədə sülh və sabitliyin qorunub saxlanılmasında, insan hüquqlarının etibarlı müdafiəsində böyük rol oynamışdır. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işlərinin aparılması, qısa müddətdə müasir tələblərə cavab verən yol-nəqliyyat, enerji, sosial, mədəni və turizm infrastrukturunun qurulması, tarixi, dini və mədəni abidələrimizin, o cümlədən məscid və kilsələrin bərpası, habelə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi istiqamətində tədbirlər davam etdirilmiş, Zəfər yolu və Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilmiş, Zəngilan və Laçında yeni beynəlxalq hava limanlarının inşası üzrə işlərə başlanılmış, Şuşa, Ağdam, Füzuli və
Cəbrayıl şəhərlərinin baş planları hazırlanmışdır. Qeyd edilən tədbirlər, həmçinin Zəngəzur dəhlizinin təməlinin qoyulması, respublikamızın iqtisadi rayonları siyahısına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da daxil edilməsi böyük qayıdışın təmin olunması ilə yanaşı, öz ata-baba yurdlarına qayıdacaq məcburi köçkün əhalinin uzun illər boyu pozulmuş hüquqlarının bərpasında, o cümlədən iqtisadi problemlərinin səmərəli həllində və sosial rifahının yüksəlməsində xüsusi əhəmiyyət daşıyacaqdır.
Yeri gəlmişkən, Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2021-ci il 5 noyabr tarixində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edilməsi humanizm və ədalət prinsiplərinə əsaslanan dövlət siyasətinin, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət və ehtiramın bariz nümunəsidir. Nəticə etibarilə, bu amnistiya aktı çoxsaylı insanların cəzasının çəkilməmiş hissəsinin azalmasına, yaxud da cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşmasına imkan vermişdir.
Bütün dünyanı bürüyən, ölkəmizdə də yayılan koronavirus (COVID-19) pandemiyası şəraitində ölkə Prezidentinin tapşırıqlarına müvafiq olaraq, əhalinin sağlamlığının qorunması, sosial-iqtisadi problemlərinin həlli üzrə yeni yanaşmalar müəyyən edilərək tətbiq olunmuşdur.
Təqdirəlayiq haldır ki, qayğıya ehtiyacı olan sosial qrupların dəstəklənməsinə ünvanlanmış layihələrin icrası dayandırılmamışdır. Belə ki, ölkədə əməkhaqlarının, pensiya və müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması, aztəminatlı ailələrin, xüsusilə sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün əhəmiyyətli addımlar atılmış, ölkəmizdə sosial islahatların yeni mərhələsinə başlanmasına təminat yaradılmışdır.
Ombudsmanın insan hüquqlarının daha etibarlı müdafiəsi, o cümlədən pozulan hüquqların bərpası və insan hüquqlarının pozulmasının qarşısının alınmasına xidmət edən fəaliyyəti idarəetmənin təkmilləşməsinə və sadələşdirilməsinə, insanların dövlət orqanlarına müraciətlərinin vaxtında cavablandırılmasına, məlumatlılıq səviyyəsinin artırılmasına, vəzifəli şəxslər tərəfindən vətəndaşlara diqqət və qayğı ilə yanaşılmasına istiqamətlənmişdir. Ombudsman təsisatına ümid yeri kimi baxan insanlar tərəfindən ünvanlanan müraciətlərin sayında artım müşahidə olunmuşdur.
2021-ci ildə Ombudsmanın ünvanına 31.092 müraciət daxil olmuşdur ki, bu da 2020-ci il ilə müqayisədə 13% çoxdur. Müraciətlər Ombudsmana müxtəlif vasitələrlə, o cümlədən poçt və elektron poçtu, onlayn müraciət qaydasında göndərilmiş, Ombudsmanın regional mərkəzləri, 7/24 rejimində fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, həmçinin sosial şəbəkələr vasitəsi ilə çatdırılmış, eyni zamanda Ombudsmanın və təsisat əməkdaşlarının cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, hərbi hissələrə, təhsil və tibb, habelə sosial xidmət müəssisələrinə başçəkmələri zamanı təqdim edilmişdir.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində şəhid olan mülki şəxslərin ailə üzvləri, habelə evləri dağıdılmış vətəndaşlar tərəfindən Ombudsmana ünvanlanmış müraciətlərə də xüsusi həssaslıqla yanaşılmışdır.
Müraciətlərin təhlili onu deməyə əsas verir ki, vətəndaşlar bir çox hallarda insan hüquqlarının müdafiəsi məsələsində məhkəmədənkənar hüquq-müdafiə mexanizmi olan Ombudsmana müraciət etməyi üstün tutmuşlar. Əhalinin hüquqi maarifləndirilməsinə böyük önəm verilmiş, müxtəlif vaxtlarda Ombudsmanın təşəbbüsü və təşkilatçılığı, dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə insan hüquqlarının prioritet istiqamətlərinə həsr olunmuş, həmçinin cəmiyyətdə hər bir fərdin öz hüquqları ilə bağlı məlumatlılığının artırılmasına, hüquq mədəniyyətinin yüksəldilməsinə xidmət edən tədbirlər keçirilmişdir. Ombudsman tərəfindən “18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” ilə bağlı elan edilmiş “İnsan hüquqları aylığı”, 20 Noyabr - BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümünə həsr edilmiş “Uşaq hüquqları aylığı” çərçivəsində Bakıda və respublikanın müxtəlif yerlərində aidiyyəti dövlət qurumlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər keçirilmiş, 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirlər təşkil edilmişdir.
Ombudsman müxtəlif yerli və beynəlxalq tədbirlərdə bir sıra aktual problemlərə dair məruzələrlə çıxışlar etmiş, insan hüquqlarının ayrı-ayrı sahələrinə dair geniş fikir və təcrübə mübadiləsi aparmışdır. Xarici səfərləri çərçivəsində Ombudsman müxtəlif rəsmi şəxslərlə, beynəlxalq təşkilatların, ombudsman və milli insan hüquqları təsisatlarının, parlamentlərin, vətəndaş cəmiyyəti institutlarının, ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşləri zamanı ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilmiş tədbirlər, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən müharibə cinayətləri, Azərbaycanın mülki obyektlərini hədəf alan raket hücumlarının nəticələri, işğaldan azad olunmuş ərazilərə Ermənistan tərəfindən vaxtilə yüz minlərlə piyada və tank əleyhinə minaların basdırılması nəticəsində günahsız insanların həlak olması və sağlamlıqlarını itirməsi faktları, mina təhlükəsi, mina xəritələrinin verilməməsi, verilmiş xəritələrin isə həqiqətə uyğun olmaması və bütün bunların məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasında ciddi çətinliklər törətməsi, bu hallarla bağlı beynəlxalq qurumlara ünvanladığı çoxsaylı hesabatlar, habelə digər vacib məsələlər barədə geniş məlumat vermişdir.
Ombudsmanın dəvəti əsasında müxtəlif vaxtlarda İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının, həmçinin Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyətlərinin işğaldan azad edilmiş ərazilərimizə və Vətən müharibəsi dövründə Ermənistanın raket hücumlarına məruz qoyduğu mülki yaşayış məntəqələrinə faktaraşdırıcı səfərləri çərçivəsində toplanmış faktlar əsasında hesabatlar hazırlanmış və müvafiq beynəlxalq təşkilatlara göndərilmişdir. Yeri gəlmişkən, Ombudsman Türkiyəyə səfəri çərçivəsində Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş insan hüquq pozuntularına dair hazırlanmış hesabatların təqdimatında iştirak edərək beynəlxalq ictimaiyyətə müraciət etmişdir. Bununla bağlı məlumatlar xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır. Ombudsmanın dəvəti əsasında Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən işğaldan azad edilmiş torpaqlarda, eyni zamanda müharibə bölgəsindən uzaqda yerləşən, Ermənistan silahlı qüvvələrinin ağır artilleriya hücumlarına məruz qalmış ərazilərdə həyata keçirilmiş faktaraşdırıcı missiyanın nəticəsi olaraq hazırlanmış xüsusi hesabat həmin Komissiyanın Ciddədə keçirilən 18-ci sessiyasında müzakirə edilərək qəbul olunmuşdur. Qeyd edilənlərlə yanaşı, Bolqarıstanın Ayrı-seçkilik əleyhinə Müdafiə Komissiyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Ombudsmanın dəvəti ilə Azərbaycana gəlmiş, işğaldan azad olunmuş Ağdama səfər edərək, Ermənistan tərəfindən törədilmiş dağıntılarla yerində tanış olmuş, Vətən müharibəsi dövründə Ermənistan ordusunun hərbi hücumlarına məruz qalmış Tərtər rayonunun yaşayış məntəqələrinə baxış keçirmiş, müşahidə etdikləri vandalizm aktları ilə bağlı təəssüratlarını mətbuat vasitəsilə geniş ictimaiyyətə çatdırmışdır. Ombudsman tərəfindən müxtəlif vaxtlarda müvafiq beynəlxalq təşkilatlara 27 sentyabr 2020-ci il tarixindən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları, həmçinin 2014-cü ildən Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslərlə rəftara dair, habelə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən işğal dövründə və daha sonra basdırılan minaların səbəb olduğu insan tələfatı ilə bağlı xüsusi (Ad hoc), həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı hərbi qulluqçulara qarşı törədilən işgəncə faktlarına dair, Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasəti ilə bağlı ardıcıl hesabatlar ünvanlanmışdır.
Yeri gəlmişkən, Ermənistanın azərbaycanlılara qarşı hərbi cinayətləri və etnik zəmində nifrət nitqi ilə bağlı Azərbaycan Ombudsmanının iki hissəli hesabatı və bununla bağlı hazırlanmış videoçarx həmin ölkənin uzunmüddətli nifrət siyasətini faktlar əsasında əks etdirən fundamental materiallardır. Ombudsmanın 2021-ci il üzrə məruzəsində ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi vəziyyətinə baxışları, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması üzrə fəaliyyətinin əsas istiqamətləri, aşkar edilmiş problemlərin həlli yolları, habelə insan hüquqlarının daha etibarlı və səmərəli müdafiəsi ilə bağlı təklif və tövsiyələri öz əksini tapmışdır. İllik məruzə ərizə, şikayət və təkliflərin, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanılma mərkəzlərinə, hərbi hissələrə, tibb, təhsil və sosial xidmət müəssisələrinə başçəkmələrin, yerlərdə aparılmış araşdırmalar zamanı aşkar edilmiş problem və çətinliklərin təhlili əsasında hazırlanmışdır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 2021-ci il üzrə məruzəsinə diqqət edərkən vətəndaşlarımızın bir çox sahələrdə hüquqlarının müdafiə olunduğunun şahidi oluruq.
İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARININ VƏ AZADLIQLARININ MÜDAFİƏSİ:-Mülki və siyasi hüquqların müdafiəsi, azadlıq hüququ, iqtisadi, sosial və mədəni hüquqların müdafiəsi, əmək hüququ. İnformasiya əldə etmək hüququ, hüquq və azadlıqların məhkəmə təminatı. Cinayət mühakimə icraatında hüquq və azadlıqların müdafiəsi, sosial təminat hüququ, sağlamlığın qorunması hüquq təhsil hüququ, mənzil hüququ, istehlakçıların hüquqlarının müdafiəsi. Əhali qruplarının hüquqlarının müdafiəsi, qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi. Şəhid ailələrinin və müharibə veteranlarının hüquqlarının müdafiəsi. Həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi. Hərbi qulluqçuların hüquqlarının müdafiəsi, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi. Uşaq hüquqlarının müdafiəsi, ahılların hüquqlarının müdafiəsi, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Ombudsman aparatının (illik hesabatdan) Beynəlxalq Əməkdaşlığı haqqında:-İnsan hüquq və azadlıqlarının səmərəli müdafiəsi sahəsində əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, ölkəmizdə insan hüquqlarının inkişafı sahəsində əldə olunan uğurların və qazanılmış müsbət təcrübənin təbliği və mübadiləsi məqsədilə Azərbaycan Ombudsmanı xarici ölkələrin ombudsmanları və milli insan hüquqları institutları, habelə bu qurumlar tərəfindən yaradılan beynəlxalq birlik və şəbəkələrlə, həmçinin BMT, Avropa Şurası, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq qurumlarla əlaqələrini daha da genişləndirmişdir. Müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən insan hüquqlarının, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması faktlarının müəyyən edilməsi ilə bağlı həyata keçirilmiş fəaliyyət.
Ombudsman işğaldan azad olunmuş ərazilərimizə səfərlər edərək, oradakı vəziyyətlə yaxından tanış olmuş, işğal dövründə ətraf mühitə, mülki obyektlərə, tarixi, dini və mədəni abidələrə vurulmuş zərərlə bağlı yerində araşdırmalar aparmış, toplanmış faktlar əsasında xüsusi bəyanatlar verilmiş, eyni zamanda hesabatlar hazırlanaraq, aidiyyəti beynəlxalq təşkilatlara və milli insan hüquqları institutlarına göndərilmişdir.
Ombudsmanın dəvəti əsasında işğaldan azad edilmiş ərazilərimizdə, eyni zamanda müharibə dövründə Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalmış yaşayış məntəqələrində insan hüquqlarının, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması faktlarının araşdırılması məqsədilə müxtəlif vaxtlarda aşağıda xarici nümayəndə heyətləri Azərbaycana səfər etmişlər:
• Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun rəhbərliyi və onun nəzdində yaradılmış Qarabağ Müşahidə Qrupunun müstəqil ekspertlərindən ibarət heyət;
• İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti və Baş Katibliyinin nümayəndələri;
• İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti;
• Bolqarıstan Respublikasının Ayrı-seçkilik Əleyhinə Müdafiə Komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti.
2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə insan hüquqları və humanitar hüququn norma və prinsiplərinin pozulması ilə bağlı faktların araşdırılması, bununla əlaqədar xüsusi hesabatın hazırlanması məqsədilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu nəzdində yaradılmış Qarabağ Müşahidə Qrupunun üzvləri ilk günlərdən Ombudsman ilə mütəmadi qaydada videokonfrans vasitəsilə görüşlər keçirmiş, vəziyyətlə bağlı ətraflı məlumat almışlar. Qrupda Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun rəhbərinin və idarə heyəti üzvləri ilə yanaşı, eyni zamanda müharibə cinayətlərinin araşdırılması sahəsində ixtisaslaşmış müstəqil ekspertlər də təmsil olunmuşdur. Qrup üzvləri Ombudsmanın dəvəti ilə müharibə cinayətlərinə dair faktları yerində araşdırmaq məqsədilə Azərbaycana səfər etmiş, Azərbaycan Respublikası Milli Məclisində, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində və digər dövlət qurumlarında görüşlər keçirmiş, ölkəmizin işğaldan azad edilmiş ərazilərində tarixi, dini və mədəni abidələrə qarşı törədilmiş vandalizm halları, ərazilərin minalarla çirkləndirilməsi faktları ilə bağlı məlumat toplamış, müzakirələr aparmışlar. Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun Qarabağ Müşahidə Qrupunun üzvləri Ombudsman ilə birlikdə Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki infrastruktura, tarixi, dini və mədəni abidələrə baxışlar keçirmişlər. Qarabağ xanı Pənahəli xanın məqbərəsi, “Cümə” və “Qiyaslı” məscidləri, eyni zamanda şəhərdə dağıntılara məruz qalmış digər mədəni və sosial obyektlərlə bağlı yerində araşdırma aparılmış, minalanmış əraziyə baxış keçirilmiş, mina qurbanları ilə bağlı geniş məlumat verilmişdir. Qrup üzvləri ilə birlikdə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya və iriçaplı silahlardan atəşə məruz qalmış, döyüş bölgəsindən kənarda yerləşən Tərtər rayonunda ciddi ziyan dəymiş yaşayış evləri, təhsil müəssisələri, inzibati binalar və digər mülki obyektlərdə monitorinq aparılmışdır. Faktaraşdırıcı missiyalar zamanı toplanmış müvafiq materiallar əsasında Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun dəstəyi ilə Qarabağ Müşahidə Qrupunun üzvləri tərəfindən xüsusi hesabat hazırlanmış və Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Ombudsmanının iştirakı ilə keçirilmiş mətbuat konfransında geniş ictimaiyyətə təqdim olunmuşdur. Mətbuat kofransında Qarabağ Müşahidə Qrupunun üzvləri tərəfindən kütləvi informasiya vasitələri nümayəndələrinə monitorinqlə bağlı geniş məlumat verilmişdir. Ombudsman həmin tədbirdə Türkiyə mətbuatına İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, həmçinin işğal dövründə ərazilərin minalanması, Birinci Qarabağ müharibəsindən keçən müddətdə 3890 soydaşımızın itkin düşməsi ilə bağlı geniş məlumatları diqqətə çatdırmışdır. Müvafiq hesabatda həm Birinci, həm də İkinci Qarabağ müharibələri dövründə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn tələblərini, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının tələblərini pozaraq müharibə cinayətləri törədilməsi, dinc əhali və mülki obyektlərin qadağan olunmuş silahlardan, həmçinin fosforlu bombalardan istifadə edilməklə qəsdən hədəfə alınması barədə faktlar əks olunmuş, işğaldan azad olunmuş ərazilərdə basdırılan minaların xəritələrinin Azərbaycan tərəfinə verilməməsi mövcud vəziyyətdə ağır cinayət kimi qiymətləndirilmişdir. Hesabat aidiyyəti beynəlxalq və regional təşkilatlara, milli insan hüquqları institutlarına da təqdim olunmuşdur.
İşğaldan azad olunmuş ərazilərdə müstəqil faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Ombudsmanın dəvəti əsasında ölkəmizə rəsmi səfər edən İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının prezidenti və Baş Katibliyinin nümayəndələri bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirmiş, Ermənistanın işğalından azad edilmiş Şuşa və Ağdamda, habelə Tərtər rayonunda hüquq pozuntuları ilə bağlı yerində araşdırmalar aparmışlar.
İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiyasının prezidenti təşkilatın idarə heyətinin növbəti iclasında heyət üzvlərinə həyata keçirilən monitorinqlə bağlı məlumat vermiş və işğal dövründəki vandalizm aktları ilə bağlı təəssüratlarını bölüşmüşdür. Qeyd olunmalıdır ki, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiyası tərəfindən həyata keçirilən müstəqil faktaraşdırıcı missiya çərçivəsində əldə olunan faktlar əsasında xüsusi hesabat da hazırlanmaqdadır. Azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Ombudsmanın dəvəti əsasında Azərbaycana səfər etmiş növbəti xarici heyət olan İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvləri işğaldan azad olunmuş ərazilərdə və 44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalmış Tərtər və Gəncədə hüquq pozuntuları ilə bağlı müstəqil araşdırmalar aparmışlar. Toplanmış faktlar əsasında İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası tərəfindən hesabat hazırlanmışdır. Hesabatda Azərbaycanın işğaldan azad olunmuş və hücuma məruz qalmış digər ərazilərində törədilən müharibə cinayətləri, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, milli-mədəni, memarlıq, tarixi və dini abidələrin, o cümlədən məscidlərin məhv edilməsi, talan və təhqir olunması ilə bağlı çoxsaylı faktlar beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquq normalarının pozuntusu kimi qiymətləndirilmişdir. İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının hazırladığı hesabatın yekununda Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətmiş olduğu insan hüquq pozuntularının araşdırılması və müvafiq hüquqi qiymətin verilməsi məqsədilə BMT, ATƏT və digər regional təşkilatlar tərəfindən beynəlxalq insan hüquqları monitorinq mərkəzinin yaradılması, Beynəlxalq Qırmızı Xaç Komitəsinin egidası altında Birinci Qarabağ müharibəsi dövründən bu günə kimi itkin düşmüş hesab olunan azərbaycanlıların tapılması, onların ailə üzvlərinə psixoloji yardımın göstərilməsi məqsədilə çoxtərəfli koordinasiya mexanizminin yaradılması, İslam Əməkdaşlıq Təşkilatı, Dünya Bankı və İslam İnkişaf Bankı tərəfindən azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını dəstəkləyən layihələrin maliyyələşdirilməsi kimi tövsiyələr də verilib.
Ardı var.........
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.