• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Nüfuzlu “Politico” nəşrində Azərbaycanın minatəmizləmədəki irəliləyişindən bəhs edilib

2-12-2022, 17:00 | Baxılıb: 38
“Nüfuzlu “Politico” nəşrində Azərbaycanın minatəmizləmədəki irəliləyişindən bəhs edilib

Böyük Britaniya ordusunun veteranı, ATƏT-in Donetskdəki missiyasının keçmiş başçısı Met Votli “Qərbin Ukrayna üçün "Marşall planı" ilə bağlı konsensusu yanlışdır” adlı məqaləsində Şərqi Avropa ölkəsindəki mina məsələsinə toxunaraq bu problemlə mübarizədə Azərbaycanın öncü olduğuna diqqət çəkib.

Diaspor info xəbər verir ki, Metli Votlinin məqaləsi nüfuzlu “Politico” nəşrində dərc edilib.

Yazısında Qərbin Ukraynanın bərpası üzrə təklif olunan "Marşall Planı"nı tənqid edən Met Votlinin fikrincə, problemə, xüsusilə mina məsələsinə sadəcə pul yatırmaq heç bir nəticə verməyəcək:

“Azərbaycanın qonşu Ermənistan tərəfindən qanunsuz şəkildə işğal olunmuş Qarabağ bölgəsi və suveren ərazisinin böyük hissəsinə nəzarəti bərpa etməsindən sonra Qafqazdakı son təcrübələr bunu təsdiqləyir”.

O xatırladıb ki, son iki ildə Azərbaycan dünyanın ən çox minalanmış ərazilərindən birində yenidənqurma işlərinə başlayıb:

“Qaytarılan torpaqların təmizlənməsi prioritet məsələ olub: bu, evlərindən didərgin salınmış yüz minlərlə məcburi köçkünün öz yurdlarına qayıtmasına yol açıb. Onların köçürülməsi milli qürur məsələsinə çevrildiyi üçün hökumət öz milli ehtiyatlarını bu işə adayıb”.

ATƏT-in sabiq rəsmisi mina təmizləmənin baha başa gələn, həm də əziyyətli iş olduğunu qeyd edib, lakin bu məsələdə Azərbaycanın irəliləyiş əldə etdiyini vurğulayıb:

“Azərbaycan iki il əvvəl bölgəni azad edəndən bəri 514 kvadrat kilometr ərazi təmizləyib ki, bu da 2020-ci ildə dünya təmizlənmiş ərazilərlə müqayisədə 1,5 dəfə çoxdur. Bu, irəliləyişdir. Amma 11 270 kvadrat kilometr qalıb”.

Eyni zamanda, Met Votli Ukraynadakı mina probleminin nəhəngliyinə işarə edərək Qarabağla müqayisədə Şərqi Avropa ölkəsindəki çirklənmiş ərazilərin 10 qat çox olduğunu bildirib.

Qeyd edək ki, “Marşall planı” və ya rəsmi adı ilə “Avropanı bərpa proqramı” İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropaya yardım proqramıdır. Bu təşəbbüs 1947-ci ildə ABŞ dövlət katibi Corc C. Marşall tərəfindən irəli sürülüb və 1948-ci ilin aprelindən qüvvəyə minib. Planın həyata keçirilməsində 17 Avropa ölkəsi, o cümlədən Qərbi Almaniya iştirak edib.

“Marşall planı" Qərbi Avropada müharibədən sonra sülhün bərqərar olmasına töhfə verib. Planın məqsədi müharibə nəticəsində dağılmış Avropa iqtisadiyyatını bərpa etmək, ticarət əngəllərini aradan qaldırmaq, Avropa ölkələrinin sənayesini modernləşdirmək, kommunistləri güc strukturlarından sıxışdırıb çıxarmaq və bütövlükdə Avropanı inkişaf etdirmək olub.

“Marşall planı”na SSRİ iqtisadiyyatının müharibədən sonrakı yenidən qurulmasına yardım da daxil idi, lakin Sovet İttifaqının rəhbərliyi proqram çərçivəsində yardımın bütün formalarından imtina edib.скачать dle 10.6фильмы бесплатно


38

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib
Məktəblərdə ikinci yarımil başlayıb
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib
DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib

Məktəblərdə ikinci yarımil başlayıb

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

ŞƏHİD FƏQAN MƏMMƏDOV ÖLÜMÜN ÜZÜNƏ DİK BAXAN VƏ ŞANLI TARİX YAZAN QƏHRƏMANLARDANDIR.-FOTO-VİDEOLAR.

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.