• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Laçın rayonu ərazisində yeni hərbi obyektlər istifadəyə verilib - VİDEO

30-12-2022, 19:00 | Baxılıb: 35
“Laçın rayonu ərazisində yeni hərbi obyektlər istifadəyə verilib - VİDEO

Azərbaycan Ordusunun maddi-texniki təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Diaspor info Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Laçın rayonu ərazisində yeni inşa edilmiş yerləşmə məntəqələri istifadəyə verilib.

Müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Laçında yerləşən bir neçə döyüş mövqeyini və yeni istifadəyə verilmiş məntəqələri ziyarət ediblər.

Məruzə edilib ki, döyüş mövqeyində xidmət edən hərbi qulluqçular ayıq-sayıq xidmət aparır, Vətənin keşiyində durmaqla qürur duyurlar.

Yerləşmə məntəqələrində qərargah binaları, yeməkxanalar, silah otaqları, tibb məntəqələri, əsgər yataqxanaları, hamam-camaşırxana kompleksləri, anbarlar, avtomobil parkları inşa edilib. Mərkəzləşdirilmiş istilik sisteminin təminatı məqsədilə qazanxana kompleksi, fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlar və günəş panelləri mövcuddur. Ərazidə abadlıq işləri aparılıb və müxtəlif ağaclar əkilib.

Sonra şəxsi heyətin döyüş hazırlığı yoxlanılıb. Döyüş hazırlığının müxtəlif elementləri üzrə icra olunan taktiki tapşırıqlar hərbi qulluqçular tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.

Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir müavinləri onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndiriblər.

Hərbi qulluqçular qarşıdan gələn bayramlar münasibətilə təbrik edilib və onlara hədiyyələr təqdim olunub.

Müdafiə nazirinin müavinləri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, hərbi qulluqçuların sosial-məişət şəraitinin və maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı general-polkovnik Zakir Həsənovun tapşırıqlarını aidiyyəti şəxslərə çatdırıblar.

скачать dle 10.6фильмы бесплатно


35

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ərdoğan: "İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik"
UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib
Məktəblərdə ikinci yarımil başlayıb
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

Ərdoğan: "İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik"

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib

Məktəblərdə ikinci yarımil başlayıb

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.