• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Excelsior” qəzeti: Meksika şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərinə cəlb oluna bilər

1-01-2023, 09:00 | Baxılıb: 188
““Excelsior” qəzeti: Meksika şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərinə cəlb oluna bilər

Meksikanın nüfuzlu mətbu orqanlarından olan “Excelsior” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müsahibəsi əsasında “Meksika şirkətləri yenidənqurma işlərinə cəlb oluna bilər” sərlövhəli məqalə dərc olunub.

Səfirlikdən Diaspor info-ya bildiriblər ki, yazıda 1991-2020-ci illər ərzində Azərbaycan ərazisinin beşdəbirinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyona yaxın insanın məcburi köçkün düşdüyü, 20 minə yaxın azərbaycanlının həlak olduğu, işğal dövründə 927 kitabxana, 464 abidə, 6 teatr olmaqla, həmin ərazilərdəki məscidlərin, muzeylərin və məbədlərin dağıdıldığı, infrastruktura ziyan vurulduğu qeyd edilib.

Məqalədə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini 30 illik erməni işğalından azad etdiyi Vətən müharibəsindən sonra - 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli Bəyanatın imzalandığı, lakin sonuncunun bu Bəyanata zidd olaraq, həmin əraziləri minalamağa davam etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, müharibədən sonra mina partlaması nəticəsində 31 mülki şəxs, o cümlədən iki jurnalist həlak olub. İşğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2700-ə yaxın mina aşkarlanıb.

Yazıda hazırda Azərbaycan Hökumətinin qarşısında duran əsas vəzifənin dağıdılmış ərazilərin, o cümlədən infrastrukturun bərpasından ibarət olduğu, orada “Ağıllı şəhər”lərin, yaşıl enerji sahələrinin salınmasının planlaşdırıldığı, işğaldan azad edilmiş ərazilərdə bu günədək iki beynəlxalq hava limanının tikildiyi, uzunluğu 700 kilometrdən çox olan yolların salındığı, məktəblərin, “Ağıllı kənd”lərin istifadəyə verildiyi, ilk məcburi köçkünlərin öz evlərinə qayıtdığı vurğulanıb, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına İtaliya, Türkiyə, Qazaxıstan, Özbəkistan və İsrail şirkətləri ilə yanaşı, Meksika şirkətlərinin də cəlb edilməsinin mümkünlüyü bildirilib.

Məqalədə böyük təbii qaz ehtiyatlarına malik Azərbaycanın həm Gürcüstan, həm də Türkiyə ilə müttəfiq, eyni zamanda, Avropa İttifaqı üçün çox vacib tərəfdaş olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, ölkəmizin “regionda davamlı sülhə” nail olmaq səylərinə sadiqliyi ilə, sadəcə, Azərbaycana deyil, eyni zamanda, Ermənistana və region ölkələrinə fayda gətirə biləcək iri iqtisadi layihələrin həyata keçirilməsinin mümkünlüyü qeyd olunub.

Eyni zamanda, Meksika ilə Azərbaycan arasında mövcud iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi və işgüzar əlaqələrin qurulması üçün potensialın olduğu bildirilib, bu xüsusda Ələt Azad İqtisadi Zonasının xarici sahibkarlar, habelə meksikalı iş adamları üçün səmərəli biznes imkanları təqdim etdiyi vurğulanıb.скачать dle 10.6фильмы бесплатно


188

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.