• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANININ VALİDEYNLƏRİ DEPUTATDAN NİYƏ NARAZILIQ EDİRLƏR?!

5-01-2023, 10:30 | Baxılıb: 1 856
“VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANININ VALİDEYNLƏRİ DEPUTATDAN NİYƏ NARAZILIQ EDİRLƏR?!

ALİ BAŞ KOMANDAN
PREZİDENT İLHAM ƏLİYEVİN SƏNGƏRDƏ ŞƏXSƏN TƏLTİF ETDİYİ XTQ ZABİTİ ŞƏHİD İSMAYIL SƏMƏDOVUN VALİDEYNLƏRİ ZAQATALADAN SEÇİLƏN DEPUTAT ELŞƏN MUSAYEVLƏ İKİ İLDİR Kİ, NİYƏ GÖRÜŞƏ BİLMİRLƏR.?!


VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANININ VALİDEYNLƏRİ DEPUTATDAN NİYƏ NARAZILIQ EDİRLƏR?!

Bayram günlərində Vətən Müharibəsi Qəhrəmanı Yaşmanın adlı-sanlı zabiti olmuş, Şəhid kapitan İsmayıl Səmədovun valideynlərinə baş çəkdik. Məhəmməd dayı və Həlimət anayla xeyli söhbətləşdik. Qəhrəmanımızın valideynləri dedilər ki, bəzi deputatları seçiciləri ümumiyyətlə görmürlər, heç telefon əlaqəsi də yarada bilmirlər. Bizim bu barədə bəxtimiz çox gətirib, belə ki, dairəmizdən seçilən Elşən Musayevlə dəfələrlə telefon əlaqəsi yarada bilmişik. Onun bizdə bir istəyi olub, siz mənim adıma ərizə yazın, həm də, təcili yazın. Biz də sevinərək ərizə yazıb, poçta qaçırıq və deputatımıza göndərmək üçün sifarişli məktublar da, göndəririk. Bu artıq iki ildir ki, davam edir, yəni yalanlar ayaq tutur, ancaq yerimir. Bu sözlərlə Həlimət ana öz fikrinin yarısını çatdıra bildi, daha sonra Məhəmməd dayı danışmağa başladı:-oğlum hələ müharibədən əsər-əlamət belə yox idi, deputatlığa namizəd bizim həyətimizə gəlmişdi. Və biz seçicilərə dedi ki, siz arxayın olun, mənə səs verdikdən sonra problemlərinizin həllində sizlərə dəstək olacağam. Elşən müəllim dedi ki, daha biz sizlərlə çox tez-tez görüşəcəyik. Bir müddət keçdi və Vətən Müharibəsi başlandı. Şəkildən də, görürsünüz ki, mənim oğluma cəbhə bölgəsində medalı şəxsən Ali Baş Komandan Prezident İlham Əliyev özü təqdim edir. Bizim deputatımız seçildiyi müddətdə bir dəfə belə bizim ailəmizdə olmayıb. Vətən Müharibəsi Qəhrəmanının ad günü, anım günü və s. heç bir vaxt bizim ailəmizdə olmayıb. Bu iki il ərzində bir dəfə belə Vətən Müharibəsi Qəhrəmanının əmanəti olan iki övladı ilə maraqlanmayıb. Bəs deputatlar öz seçiciləri ilə maraqlanmamalıdırlar?


VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANININ VALİDEYNLƏRİ DEPUTATDAN NİYƏ NARAZILIQ EDİRLƏR?!

Doğrusunu desəm mən Şəhid atasının qaldırdığı bu kiçik, həm də çox utanc bir problemlə bağlı sualına cavab tapa bilmədim. Xalqımızın, elə bu deputatın da, yaxşı, firavan yaşaması üçün Vətən torpaqları uğrunda şəhid olmuş və Prezident İlham Əliyevin səngərdə təltif etdiyi XTQ zabitinin ailəsi ilə iki il ərzində bir dəfə belə görüşə bilməməsi çox təəcüb doğurur. Onu da, xüsusi vurğulamaq istəyirəm ki, Milli Məclisin sədr müavini Adil Əliyevə müraciət edilən kimi Vətən Müharibəsi Qəhrəmanının valideynlərini iki gün sonra əlaqə yaradıldı və onlarla görüşdü. Prezident İlham Əliyev XTQ zabitini şəxsən özü təltif edir, MM-n sədr müavini şəxsən qəbul edir, onların problemlərini həll edir, bəs görəsən bilavasitə öz seçicisi ilə görüşmək məcburiyyətində olan deputat Elşən Musayev bu görüşdən niyə yayınır?! Məgər deputatın öz seçiciləri ilə görüşmək, onlara problemlərinin həllində dəstək olmaq deputatların vəzifə səlahiyyətlərinə aid deyil? Hesab edirəm ki, deputatlar açıq-aşkar mətbuatımıza müsahibə verib desələr ki, siz bizə səs verərək, seçkilərdə qalib etməyinizə baxmayaraq, biz böyük məsələlərlə məşğuluq, yəni seçiciyə ayıracaq vaxtımız yoxdur, bu daha hörmətlə və anlayışla qəbul edilərdi, nəinki yalanlar, vədlər və sonunda da, arada yaranan hörmətsizlik olmazdı.
Şəhid valideynləri hətta Zaqataladan seçilən ikinci deputatla, Kamilə xanımla da, görüşərək, bizi öz deputatımızla görüşdürün deyərək bir xahiş də, ediblər. Kamilə xanım isə gülərək, deyib ki, sizin xahişinizi mütləq çatdıracağam. Bu da bir nəticə vermədiyinə görə Vətən Müharibəsi Qəhrəmanı XTQ zabiti İsmayıl Səmədovun valideynləri bizə, Diaspor.info saytının Şimal-qərb bölgəsinə müraciət ediblər. Biz də onların fikirlərini ictimailəşdirərək, problemlərinin həll olunmasına dəstək nümayiş etdirməyə çalışdıq.


ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN YAZIÇILAR VƏ JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ.скачать dle 10.6фильмы бесплатно


1 856

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.