• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident naxçıvanlı idmançını mənzillə təmin edib

10-01-2023, 10:30 | Baxılıb: 260
“Prezident naxçıvanlı idmançını mənzillə təmin edib

Yanvarın 9-da ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Diaspor info-ya bildirilib ki, Prezident tərəfindən mənzillə mükafatlandırılan idmançılardan biri də Naxçıvan boks məktəbinin yetirməsi Tayfur Əliyev olub.

Qeyd edək ki, Tayfur Əliyev 1 yanvar 1997-ci ildə Naxçıvan şəhərində anadan olub. İlk böyük uğuruna 2011-ci ildə Rusiyanın Qroznı şəhərində məktəblilərin Avropa çempionu kimi nail olub. Qitə çempionatlarındakı növbəti cəhdində isə gənclər arasında gümüş medala layiq görülüb. Yeniyetmə və gənclər arasında keçirilən ölkə çempionatları, eləcə də beynəlxalq turnirlərdəki ardıcıl nailiyyətləri sayəsində milli komandanın heyətinə cəlb olunan Tayfur 2015-ci ildə dünya çempionatında debüt edib, Bakı-2015 Avropa Oyunlarında isə bürünc medal qazanaraq mükafatçılar sırasına düşüb.

Həmin il I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. Bundan sonrakı dövrlərdə davamlı olaraq yığma komandanın heyətində təlim-məşq toplanışları və yarışlarda iştirak edən idmançı “Rio 2016” və “Tokio 2020” Yay Olimpiya Oyunlarına qatılmaqla dünyanın ən nüfuzlu idman hadisələrində çıxış etmək şansı əldə edib.

Bakının 2017-ci ildə ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında bürünc, 2018-ci il gənclərin Avropa çempionatında isə gümüş mükafatçı olub. Son dövrlərdəki ən böyük uğuru hərbçilər arasında keçirilən 2021-ci ilin dünya çempionatında qazandığı bürünc medaldır. 2022-ci ildə keçirilən Azərbaycan çempionatındakı birinciliyi ilə ölkə çempionatlarında qazandığı qızıl medal sayını 13-ə yüksəldib. Sonuncu dəfə Qazaxıstanın Karaqanda şəhərində keçirilən beynəlxalq turniri bürünc medalla tamamlayıb.скачать dle 10.6фильмы бесплатно


260

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.