Rusiya sülhməramlılarına məxsus avtomobillər hər zaman olduğu kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.
Diaspor info-nun məlumatına görə, sülhməramlılara aid iki avtomobilin Xankəndidən Laçın istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə sərbəst hərəkət təmin olunub. Keçirilən aksiya isə humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
259